• Bayramda qənaət edək

Reseptin məlumatları Baxış sayı: 2 257

Tarix : 19-08-2018, 20:00

Bölmə : Məsləhətlər


Yeni il süfrəsinə artıq az qalıb. Bu o deməkdir ki, menyu haqqında düşünməyin tam zamanıdır. Sonuncu hadisələrlə əlaqədar komandamız bayramda da qənaət etmənin mümkün olduğunu düşündü! Bizim məsləhətlərimizi oxuyub, əmin ola bilərsiniz. Heçnə şən ailəvi bayramın keçirilməsinə mane ola bilməz.

Qırmızı kürünü bu cür dondura bilərsiniz: onu kiçik həcmli qapaqlı konteynerlərə qoyun və soyuducunun dondurucu hissəsinə yerləşdirin. Bu ən yaxşı variant deyil, çünki kürünün dondurulması yumşalmasına səbəb olur.

Ərzaqları əvvəlcədən alın və dondurun. Həmçinin konservlərdən də istifadə etmək olar: noxud, qarğıdalı, balıq - bunlar təzə ərzaqlardan heç də geri qalmır.

Bayrama 3 həftə qalmış kivi, alma və ananas, 2 həftə qala yaşıl banan əldə etmək olar. Çünki bayrama yaxın meyvə və tərəvəzlər adətən bahalaşır.

Həmçinin hisə verilmiş kolbasanı əldə etmək mümkündür. Onu, dondurmadan uzun müddət saxlamaq olur.

Lakin bahalı (yeri gəlmişkən, haqsız dərəcədə bahalı) bişmiş kolbasanı öz əlinizlə hazırladığınız ət ilə əvəz edə bilərsiniz. Aydındır ki, toyuq filesi bişmiş kolbasadan daha ucuz, yağı isə ondan daha azdır.

Əgər evdə multivarka varsa, rahatlıqla paştet hazırlaya bilərsiniz. Bunun üçün sadəcə olaraq qara ciyər və soğanı ətçəkən maşından keçirib, qaymaq, manna yarması və ədviyyat əlavə etmək lazımdır. Bundan sonra qarışığı mikserlə çalıb, multivarkada 30 dəqiqə "bişirmə" rejimində qoyun.

Bahalı qırmızı və qara kürünü asanlıqla siyənək balığı (seledka da yazmaq olar) ilə hazırlanan diplə əvəz etmək olar. Siyənək balığını təmizləyib, üç ədəd kökü qaynadın, sonra ətçəkən maşında balığı, kökü, 2 yumşaq (ərinmiş) pendir və kərə yağını çəkin. Alınan tərkibi soyuducuya qoyub, sonra buterbrodların üzərinə çəkmək olar. Çox dadlı və sərfəlidir.

Və axırıncı məsləhət: eyni ərzaqdan bir neçə yemək hazırlayın. Məsələn, mal əti dilimindən göbələkli piroq hazırlamaq, qalanını isə olivye salatına əlavə etmək olar. Toyuq bir neçə yeməyə lazımlı ola bilər: döş əti - salat və ya ikinci yeməyə, bud əti isə julyenə yarayır.

süfrem.az
Etiketlər: etmək, bilərsiniz, sonra, kürünü, qoyun, Həmçinin, həftə, bahalı, yeməyə, balığı, əlavə, ətçəkən, kolbasanı, bişmiş, dəqiqə, bişirmə, rejimində, multivarkada, çalıb, deməkdir
BİZİ İZLƏYİN