• Səməni resepti

Reseptin məlumatları Baxış sayı: 25 931

Tarix : 10-03-2018, 09:30

Bölmə : Məsləhətlər


Tərkibi:
0,5 kq buğda
Tənzif
Su

Hazırlanması:
Hazırlamaq üçün buğdanı şişməsi üçün tənzifin içərisində bir gün suda gözlətmək lazımdır.

Sonra bir kiçik qabda səməni hazırlanacaq buğda yayılır, üzərinə tənzif sərilir.

Cücərməyə başladıqdan sonra üzərinə hər gün su səpilir.

Tam hazır olması, təqribən 10 günə başa gəlir.

Bundan sonra ətrafına qırmızı lent sarılaraq bayram novruz bayramı süfrələrini bəzəyir.

Qurumaması üçün arada yüngül sulamaq lazımdır.

Səməni, həmçinin halva, şirə hazırlamaq üçün də istifadə olunur. Səməni halvası Azərbaycan milli kulinariyasında istifadə olunan halva növüdür.

Şirə, qüvvətli antiaksidant olub, insan sağlamlığı üçün lazımlı bir çox maddə ihtiva etməkdədir. Bu şirə həmçinin xərçəngin qarşısını almağa kömək edir.

Yaşıl buğda cücərtiləri, baharın gəlməsini, təbiətin yenidən canlanmasını işarə edir. Torpağa həyat gəlməsini göstərir.

Azərbaycanda qədim zamanlardan bəri Novruz bayramının, novruz süfrələrinin bəzəyidir.

Qədim Türk mədəniyyətində səməniyə geniş yer verilib.

Şəkərbura, paxlava, şor qoğalı, bayram yumurtası kimi məhsullarla birlikdə novruz bayramı süfrələrini bəzəyir.
Etiketlər: novruz, Səməni, buğda, gəlməsini, bayram, sonra, üzərinə, bayramı, süfrələrini, həmçinin, bəzəyir, lazımdır, halva, istifadə, hazırlamaq, səməni, Yaşıl, işarə, kömək, cücərtiləri
BİZİ İZLƏYİN