• Mətbəx bıçağı |13 qayda

Reseptin məlumatları Baxış sayı: 4493

Tarix : 20.04.2017, 19:00

Bölmə : Məsləhətlər


Mətbəxdə istifadə olunan bıçaqların istifadəçiyə zərərini minimuma endirmək üçün nə etmək lazımdır? Hazırladığınız müxtəlif qidaların necə və hansı bıçaqla kəsiləcəyini bilsəniz, onda əllərinizdə daha az kəsik olar.

Məşhur “Riders Daycest” jurnalında çap olunan məqaləyə görə, məqsədinə uyğun olaraq istifadə edilən bıçaqlar yaralanmaları azaldır. Məsələn, ət kəsmək üçün istifadə edilən bıçaqla meyvə-tərəvəz doğramamaq lazımdır. Mətbəx bıçaqları haqqında bu və bunun kimi bir çox nüansları bilməlisiniz.
1. Doğrama taxtası
Hər şeydən öncə üzərində iş görəcəyiniz doğrama taxtası çox vacibdir. Onun hazırlandığı material önəmlidir. Uyğun doğrama taxtası istifadə etmək və bıçaqları yumaq əsasdır. Əsasən taxta, bambu və plastik doğrama taxtaları məsləhət görülür. Şüşə, metal, keramika və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza zərər verir.

2. İti bıçaqlar
İnsanlar çox vaxt elə bilirlər ki, bıçaqla iş görərkən yaralanmaların əsas səbəbkarı iti bıçaqlardır. Bu, yanlış düşüncədir. İti bıçaqlardan qorxmayın. Çünki iti bıçaqla hər hansı bir şeyi kəsərkən istifadə olunan güc, xərclədiyiniz enerji minimum olur. Ancaq iti olmayan küt bıçaqlarla işləyəndə daha çox enerji sərfinə daha çox yaralanmağınıza səbəb olur. Kəsəcəyiniz parçaya uyğun bıçaqdan istifadə edin.

3. Doğrama metodları
Mətbəxdə iş görərkən yaralanmamağın ən vacib amillərindən biri də düzgün kəsmə, doğrama texnikasıdır. Barmaqlarınızı aşağı doğru qıvırın və baş barmağınızı qoruyun. Mətbəxdə baş verə biləcək bıçaq qəzalarını azaltmaq üçün düzgün və uyğun kəsmə qaydalarını öyrənin.

4. Bıçaq seçimi
Bıçaq alanda ehtiyacınıza görə və sizə lazım olanını seçin. Başqa birisi üçün mükəmməl olan bir bıçaq sizin üçün yararsız ola bilər. Bıçaq alanda, əgər mümkün olsa, əlinizə uyğun olub-olmadığını nə isə kəsərək yoxlayın.

5. Hər şeyin öz bıçağı
Ümumi qayda olaraq, müxtəlif qidalar üçün fərqli bıçaqlardan istifadə edin.

6. Bıçağınız azdırsa...
Əgər, sadəcə, şef bıçağınız və meyvə bıçağınız varsa, bunları da yeməklərə görə bölüşdürərək istifadə edin. Bir çox ev ləvazimatlarının içərisində mişardişli ət bıçaqları, ümumiyyətlə, iti bıçaqlardır.

7. Mişardişli bıçaqlar
Mişardişli bıçaqlar mişar deyil. Bir çox qida məhsulları mişardişli bıçaqlarla tək və uzun bir hərəkətlə incə dilimlər şəklində kəsilə bilər. Ona görə də mişardişli bıçaqlarınızdan münasib yerlərdə istifadə edin.

8. Bıçaqların yuyulması.
Bıçaqlarınızı çirkli suya atmayın. Kəskin bıçaqlar, qabyuyan mayenin sürüşkən suyu və əlləriniz. Nəticə əlləriniz üçün pis ola bilər. Bıçaqlarınızı istifadə etdikdən sonra yuyun, qurulayın və uşaqların əlinin çatmayacağı bir yerə qoyun.

9. İş stolu
Hər hansı bir yerinizi kəsməmək, zədələməmək üçün doğrama taxtasını qoyduğunuz iş stolunuzun üzərinə qida məhsulu qoymayın.


10. Yerə düşən bıçaq
İş görərkən ehtiyatlı olun. Yerə düşən bıçaq ayaqlarınız üçün təhlükəli ola bilər. Çünki bıçaq yerə, adətən, dik olaraq düşər.

11. Bıçaq dəsti
Böyük bıçaq dəstlərindən uzaq olun. Nəhəng bıçaq dəsti əvəzinə kəskin bir neçə bıçaq sizin üçün daha münasib olar.

12.Təhlükəsizlik
Təhlükəsizliyə həmişə diqqət etmək lazımdır. Doğrama taxtasını sürüşməmək üçün mətbəx dəsmalınının üstünə qoyun.

13. Bıçaq kəsmək üçündür
Bıçaqların ağzı yeməkləri tutmaq üçün deyil, kəsmək üçündür. Bəzi insanlar bıçağın iti tərəfi ilə doğrama taxtasının kənarındakı qida qalıqlarını tutmaq və ya yığmaq üçün istifadə edir. Qətiyyən belə etməyin. Onun yerinə bıçağınızın kəskin qalmasını istəyirsinizsə, taxtanın kənarındakı məhsulları toplamaq üçün bıçağın arxasından istifadə edin.

Etiketlər: istifadə, bıçaq, doğrama, bıçaqlar, Bıçaq, uyğun, bıçaqla, bilər, kəsmək, olaraq, Mətbəxdə, bıçaqları, görərkən, olunan, taxtası, mişardişli, Doğrama, lazımdır, hansı, etmək
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica