• Soyuducuda mikorblar nece yarana bilər

Reseptin məlumatları Baxış sayı: 3270

Tarix : 26.07.2014, 02:02

Bölmə : Məsləhətlər


Açıqda qalsa, otaq şəraitində xarab olar deyə əlimizə nə gəldi soyuducuya qoyuruq. Əslində elə şeylər var ki, soyuducusuz da keçinər. Belə ərzaqları soyuducuya qoyduqda keyfiyyəti itir, həm də soyuducuda mikrobların əmələ gəlməsinə səbəb olur. Ərzaqları soyuducuya düzgün yerləşdirmədikdə də mikroblar törəyir. Məsələn, ərzağı alver edilən sellofanlarda soyuducuya qoyuruq. Sellofana bulaşmış bakteriyalar soyuducudakı digər qidalara da keçir.

Qidaların qara rəngli sellofanlara qoyulması məsləhət deyil, çünki həmin sellofanların rəngi çıxdığından orqanizm üçün təhlükəlidir. Yeməklərin soyuducuda saxlanması üçün ağ sellofanlar, çini və şüşə qablar seçilməlidir.

Ərzaqların soyuducuya yerləşdirilməsi aşağıdakı kimidir:

Süd
Süd qutusunun ağzını açmısınızsa, istifadə etdikdən sonra qalan südü mütləq şüşə bankada saxlayın.

Limon
İstifadə etdiyiniz limonların kəsilmiş hissəsini üzü aşağı şəkildə qaba qoyun və soyuducuya yerləşdirin.

Yoqurt
Yoqurtu sulanmasın deyə içində qaşıq saxlamayın, üzərini qaşıqla hamarlayıb uzun müddət saxlaya bilərsiniz.

Banan
Bananı soyuducuya qoymayın. Otaq temperaturunun aşağı olduğu yerlərdə, məsələn, pəncərənin yaxınlığında saxlaya bilərsiniz.

Balıq
Balığı soyuducuda geniş və dayaz qabda saxlayın.

Pendir
Holland pendirini hava keçirməyən plyonkalara bükün ki, qurumasın.

Qoxunu necə yox etmək olar?
Soyuducudakı bütün ərzaqlar ağzıqapalı halda, bir-birinə toxunmaz şəkildə saxlanılmalıdır. Soyuducunun ən isti bölməsi 5-7, ən soyuq bölməsi isə -4 dərəcə olmalıdır. Balaca bir qaba karbonat tökərək soyuducunun bir tərəfində yerləşdirməklə pis qoxunu aradan qaldıra bilərsiniz.

Soyuducuya çoxlu ərzaq qoymayın. Ərzaq çox olduqda hava axını rahat dolaşmır və nəticədə, soyuducu yaxşı soyutmur. Bu üzdən də ərzaqlar xarab olub, mikrob mənbəyinə çevrilir.

Etiketlər: soyuducuya, soyuducuda, bilərsiniz, şəkildə, saxlayın, bölməsi, saxlaya, ərzaqlar, qoymayın, aşağı, xarab, qoyuruq, Pendir, Holland, qabda, Balığı, geniş, dayaz, pendirini, plyonkalara

loading...
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica