• Kapreze pizzası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 386

Tarix : 23-07-2016, 14:00

Bölmə : Pizza / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mayalı pizza xəmiri
400 q müxtəlif rəngli çerri pomidorları
100 q motsarella
5 x.q. zeytun yağı
1 iri reyhan dəstəsi
4 diş sarımsaq
50 q pendir
duz
istiot
balzamik sirkə

Hazırlanması:
Sobanı 220 dərəcə qızdırın. Xəmiri nazik yayıb isti yerdə gəlməsi üçün saxlayın. Pomidorları iki bölün. Perqament döşənmiş formaya yığıb üzərinə zeytun yağı gəzdirin, sobada 10-12 dəqiqə bişirin.

Blenderdə sarımsağı duz və yarım dəstə reyhanla xırdalayın (ən gözəl reyhan yarpaqlarını bəzək üçün saxlayın). Zeytun yağı əlavə edib qarışdırın.
Alınan pesto sousunu xəmirin üzərinə çəkin. Üzərinə bişmiş pomidorları və iki bölünmüş motsarellaları düzün. Sürtgəcdən keçirilmiş pendir səpib sobada 10-12 dəqiqə bişirin. Sonra pomidorların karamelləşməsi üçün pizzanı 1 dəqiqə qrildə bişirin.
Hazır pizzanı təzə reyhanla bəzəyib üzərinə balzamik sirkə gəzdirin (bunun üçün balzamik sirkəni qaynadın, sonra yarısı buxarlanınca bişirin, soyuduqdan sonra qatılaşacaq).

Kapreze pizzası resepti - FOTO RESEPT
Kapreze pizzası resepti - FOTO RESEPT
Kapreze pizzası resepti - FOTO RESEPT
Kapreze pizzası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bişirin, balzamik, üzərinə, dəqiqə, sirkə, pizzanı, saxlayın, gəzdirin, reyhan, sobada, pendir, pomidorları, zeytun, reyhanla, sonra, çəkin, Üzərinə, bişmiş, Zeytun, bölünmüş
BİZİ İZLƏYİN