• Faydalı məhsulların... ZİYANLARI

Reseptin məlumatları Baxış sayı: 96

Tarix : 31.08.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Bir çox faydalı məhsullar var ki, bu məhsullardan düzgün istifadə olunmadıqda onlar orqanizmə ziyan vura bilər.

Bal. Ən faydalı və müalicəvi məhsullardan olan bal qızdırıldıqda (məsələn, isti suya saldıqda) orqanizmə çox ziyanlı, hətta kanserogen (xərçəng əmələ gətirən) təsir edə bilər. Araşdırmalar göstərir ki, qızdırılma zamanı balda ziyanlı "oksimetilfurfurol" adlı maddə əmələ gəlir ki, bu maddə orqanizmə toplanmaq və orqanizmi zəhərləmək xüsusiyyətlərə malikdir.
Çay. Müxtəlif bioloji aktiv maddələrlə zəngin olan çayın bir çox xəstəliklərin qarşısını almaq xüsusiyyəti var. Çay ürək-damar sisteminə müsbət təsir edir, xərçəngdən qoruyur, orqanizmin tonusunu qaldırır.
Lakin çoxlu miqdarda istehlak etdikdə çay qanda hemoqlobinin səviyyəsini azaldır. Məsələ burasındadır ki, çay dəmirin orqanizm tərəfindən mənimsənilməsini pisləşdirir. Bu səbəbdən çayı ət xörəklərindən dərhal sonra içmək olmaz.
Ədviyyatlar. Bütün ədviyyatlar çox yüksək mikrob, viris və göbələk əleyhinə təsirə malikdir, bir çox ciddi xəstəliklərin və o cümlədən xərçəngin inkişafının riskini azaldır, immun sistemini stimullaşdırır və s. Lakin ədviyyatları yalnız az miqdarda istifadə etmək lazımdır. Əks halda onlar orqanizmə güclü toksini təsir edə bilər.
Süd məhsulları. Bu məhsulların faydası danılmazdır. Ancaq ət xörəkləri ilə birlikdə (məsələn, dolma qatıqla) bu məhsulları istehlak etmək olmaz ki, bu halda ətdə olan dəmirin orqanizm tərəfindən mənimsənilməsi xeyli azalır.
Düyü. Düyünün orqanizmi təmizləmək, cavanlaşdırmaq kimi çox faydalı xüsusiyyətləri var. Lakin istənilən digər məhsullarla müqayisədə düyüdə güclü zəhər sayılan arsenin miqdarı 10 dəfə çoxdur. Bu maddə düyüyə yetişdirilmə zamanı torpaqdan və sudan düşür. Arsen orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.
Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və bişirdikdən əvvəl axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı 80%-ə qədər azalır.

Etiketlər: orqanizmə, təsir, halda, maddə, faydalı, bilər, Lakin, tərəfindən, miqdarda, zamanı, miqdarı, arsenin, orqanizm, olmaz, xeyli, malikdir, azaldır, orqanizmi, dəmirin, azalır
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica