• Yumurtanı soyuducuda bu şəkildə saxlayın. Daha uzun müddət təzə qalacaq

Reseptin məlumatları Baxış sayı: 90

Tarix : 24.05.2019, 14:00

Bölmə : Qidalanma qaydaları, Məsləhətlər




Yumurta bütün dünyada ən populyar məhsullardan biridir. İstənilən mətbəxdə yumurtadan istifadə olunur.

Lakin buna baxmayaraq bəzi yumurta ilə bağlı olan faktları bir çox insanlar bilmir.

1. Qəhvəyi və ağ yumurtanın tərkibi eynidir.

Bəzi insanlar fikirləşir ki, qəhvəyi rəngdə olan yumurta daha faydalıdır. Bu belə deyil. Qabığın rəngi genetik əlamətdir və bu əlamət yumurtanın qidalı dəyərinə və dadına heç bir təsir etmir.

2. Yumurtanı soyuducunun qapısında saxlamaq olmaz.

İnsanların əksəriyyəti yumurtanı məhz bu yerdə saxlayır. Lakin bu yumurtanın qidalı dəyərini azaldır və daha tez xarab olmağa səbəb olur. Yumurtanı soyuducunun orta refində saxlamaq lazımdır.

3. Yumurtanın iti ucu aşağıda olmalıdır.

Bu halda yumurta daha uzun müddət ərzində xarab olmur.

4. Yumurtanı iyli məhsullarla birlikdə saxlamaq olmaz.

Məsaməli qabığına görə yumurta müxtəlif qoxuları tez özünə hopdurur.

5. Yumurtanın təzə olub-olmadığını yoxlamaq üçün onu suya qoyun.

Yumurtanı soyuq su ilə dolu olan dərin qaba qoyun. Yumurta qabın dibində üfqi vəziyyətdə qalıbsa, bu təzə yumurtadır. Küt hissəsi yuxarıdadırsa, hələ xarab olmayıb, lakin bunu tez istifadə etmək lazımdır. Yumurta suyun üzərinə qalxıbsa, bu yumurta xarab olub, onu atmaq lazımdır.

Yumurtanı soyuducuda bu şəkildə saxlayın. Daha uzun müddət təzə qalacaq

6. Yumurtanın tərkibində olan xolesterol təhlükəli deyil.

Yumurta ən faydalı məhsullardan biridir və onun tərkibində olan xolesterol oraznizmə ziyan vurmur. Əksinə yumurtanın müntəzəm istehlakı ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

7. Bişmiş yumurta çətin təmizlənirsə, bu yumurta təzədir.

Etiketlər: yumurta, xarab, Yumurtanı, yumurtanın, Yumurta, lazımdır, saxlamaq, Yumurtanın, tərkibində, xolesterol, qoyun, soyuducunun, deyil, olmaz, biridir, qidalı, azaldır, bağlı, Lakin, istifadə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN