• Sağlam qida məhsulları

Reseptin məlumatları Baxış sayı: 7157

Tarix : 16.04.2015, 20:00

Bölmə : Qidalanma qaydaları


Qızıl balıq. Qızıl balıq zülal və LDL xolesterini azaldan, HDL xolesterini artıran omeqa 3 yağ turşularının zəngin mənbəyi hesab olunur. 2002-ci ildə Amerika Ürək Assosiasiyası (American Heart Association) həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyyə etmişdir. Hazırda süni şəraitdə yetişdirilən qızıl balıq keyfiyyətli hesab edilmədiyi üçün təbii yetişmişlərə üstünlük verilir. Konservləşdirilmiş qızıl balıqlar adətən təbii şəraitdə yetişənlərdir.

Soya. Soya məhsulları heyvani qida məhsullarının ən yaxşı əvəzləyicisidirlər. Soya dənələri bütün mühüm amin turşularına sahib yüksək miqdarda zülal tərkibinə malikdir (bu növ tək tərəvəz məhsuludur). Soya həmçinin kalsiumun, dəmirin, sinkin, fosforun, maqneziumun, B vitamininin, omeqa 3 yağ turşularının və liflərin zəngin mənbəyidir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, əhəmiyyətli miqdarda soya zülalına malik pəhriz ürək xəstəliklərinə faydalı ola bilər. Bundan əlavə nəşr olunan bir çox araşdırmalarda soyanın prostat və süd vəzisi xərçəngi, həmçinin osteoparoz kimi xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğu göstərilir.

Göyərti . Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s. vitamin A və C, dəmir, kalsium və fitonutrientlərlə zəngindirlər. Yaşıl tərəvəzlər çox doyumlu, yüksək lifli və aşağı kalorilidirlər. Amerika Ürək Assosiasiyası (American Heart Association) tərəfindən işlənmiş yeni pəhriz gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyyə edir.

Giləmeyvələr. Giləmeyvələr şərtsiz ən sevimli meyvələrdəndir! Onlar C vitamini, fol turşusu, lif və fitonutrientlərlə zəngindir. Həqiqətən də, yüksək antioksidant xüsusiyyətinə malik olduqlarına görə təzə gilemeyvələr xəstəlik əlehinə ən güclü qida məhsullarıdır. ORAC- Oksigen Radikalları Udma Həcmi (antioksidant aktivliyi ölçmək üçün metod) siyahısında birinci yerlərdə dururlar. Giləmeyvəni yeməyə hazırlamaq da asandır- sadəcə yuyur və yaxalayırsan- və qabıq soymağa da heç ehtiyac yoxdur! Üstəlik siz giləmeyvələri desert olaraq da (təzə və ya bişmiş) təqdim edə bilərsiniz.

Emal olunmamış dənlilər meyvə və tərəvəzlərdə rast gəlinməyən bəzi dəyərli antioksidantlara malikdirlər. Onlarda həmçinin B vitamini, E vitamini, maqnezium, dəmir və liflər var. Amerikalılar üçün yeni 2005-ci il Pəhriz Kitabçası böyüklərə yedikləri dənlərin yarısının- gündəlik 5-dən 3 hissəsinin emal olunmamış dənlərdən ibarət olmasını tövsiyyə edir. Rasionunuza daha çox emal olunmamış dənlilər daxil etmək üçün ağ un əvəzinə emal olunmamış buğda unu istifadə edin. Makaron, çörək, biskvit kimi məhsullar aldıqda "emal olunmamış” yazılmasına diqqət edin. Emal olunmamış dənlilərin qəbulunu artırmaq üçün şorbanıza yabanı düyü, təmizlənmiş düyü və ya arpa əlavə edin.

Etiketlər: olunmamış, balıq, yüksək, həmçinin, qızıl, tövsiyyə, vitamini, dənlilər, əlavə, omeqa, xolesterini, yeməyi, təbii, tərəvəzlər, zülal, miqdarda, dəmir, fitonutrientlərlə, Qızıl, əhəmiyyətli
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica