• İnsanı gəncləşdirən qidalar

Reseptin məlumatları Baxış sayı: 8640

Tarix : 2.07.2014, 23:04

Bölmə : Qidalanma qaydaları


Yaşlanmaq deyil, illərə meydan oxuyaraq gənc və sağlam qalmaq üçün ən təsirli üsulun idman etmək və sağlam qidalanmaq olduğunu artıq bilirik. Xüsusilə nə yediyimizin olduqca əhəmiyyətli olduğunu bilərək antioksidantla zəngin qidalarla bəslənməyə çalışmalıyıq. Bu xəbərdə bəhs etdiyimiz antioksidantla zəngin qidalar həm yaşlanmanı gecikdirir, həm də insanları müxtəlif xəstəliklərdən qoruyur.

Partladılmış qarğıdalı:
Xərçəngin düşməni olaraq bilinən polifenol adlı maddə partlamış qarğıdalının tərkibində çoxdur.

Yumurta:
Saç, göz və dəri sağlamlığı üçün bir çox faydası olan yumurta xüsusilə göz zəifliyini qoruyan lutanin adlı antioksidant maddə baxımından çox zəngindir.

Makaron:
Normal makaronlarla müqayisədə tam taxıllı makaronların tərkibində üç dəfə çox antioksidant vardır. Makaronun tərkibindəki liflərin xolesterolu salaraq ürək-damar xəstəliklərinə qarşı qoruduğu da bilinir.

Süd:
Normal südlə müqayisədə orqanik südün içində 40 faiz daha çox E vitamini və beta-karoten var.

Lobya:
Lobyanın özü də sağlamlığa çox faydalı bitkidir. Xüsusilə qırmızı lobya antioksidant baxımından olduqca faydalıdır. Çünki onun tərkibində bol miqdarda antioksidant maddələr var.

Raps yağı:
Raps kələm cinsinə aid bitki növüdür. Əsasən yağı çəkilir və istifadə olunur. Onun yağı xolesterolu salan bir nömrəli qidalar sırasına daxildir.

Bal:
Şəkər yerinə dadlandırıcı kimi baldan istifadə etmək sağlamlıq cəhətdən də çox faydalıdır. Mədə tərəfindən də çox asanlıqla həzm edilir. Bal ömrü uzadır və insanı gümrahlaşdıraraq qocalmanı da gecikdirir.

Qatıq:
Hər gün qəbul edilən bir kasa qatıq insan orqanizmini xərçəng, ürək sistemi və digər xəstəliklərə qarşı qoruyur. Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsi olaraq da bilinir.

Etiketlər: antioksidant, tərkibində, müqayisədə, Normal, faydalıdır, Qatıq, qidalar, antioksidantla, gecikdirir, istifadə, maddə, olaraq, qoruyur, baxımından, olduqca, zəngin, bilinir, qarşı, xolesterolu, sağlam
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
KareliGomlek
Əla çoxbəyəndim yol
5 oktyabr 2014 16:14
1
BİZİ İZLƏYİN




Yandex.Metrica