• Düzgün qidalanma məsləhətləri

Reseptin məlumatları Baxış sayı: 2 768

Tarix : 18-06-2017, 16:00

Bölmə : Qidalanma qaydaları


Daha sağlam və uzun həyat üçün düzgün qidalanma məsləhətlərinə əməl edin.

Zərərli çərəzlər yerinə, meyvə və tərəvəz yeyin.

Uşaqlara kiçik meyvə dilimləri ilə dolu kasacıqlar hazırlayın.

Doymuş yağ və marqarin yeməyin. Zeytun yağından istifadə edin.

Qırmızı ət həftədə bir dəfə yeyilməlidir. Qalan günlər balıq və toyuq əti yeyin. Hind toyuğunun ətindən də istifadə edə bilərsiniz.

Qənnadı məhsullarını çox yeməməyə çalışın. Tort kimi qidalarda sağlamlığa zərərli yağ vardır.

Fast-food restoranlarında balıq və toyuğa üstünlük verin.

Kola və limonat yerinə təzə sıxılmış meyvə şirəsi için.

Alkoqoldan uzaq durun.

Gündə 8-10 stəkan su için.

Məclislərdə spirtli içki içməməyə çalışın.

Duzdan az istifadə edin.

Un və şəkərdən hazırlanmış qidalardan uzaq durun.

Lobya, noxud kimi qidaları həftədə bir neçə dəfə yeyin.

Ətin yanında pomidor yeyin.

Həftənin ən az 4 günü bir ovuc qoz və fındıq yeyin.

Südün və pendirin yağsız olanına üstünlük verin.

Axşamlar çox az yemək yeyin, daha çox səhər və günorta yeməyə çalışın.
Etiketlər: yeyin, meyvə, istifadə, çalışın, üstünlük, həftədə, balıq, durun, yerinə, verin, içməməyə, Duzdan, şəkərdən, limonat, sıxılmış, Məclislərdə, hazırlanmış, Alkoqoldan, şirəsi, Gündə
BİZİ İZLƏYİN