• Ət ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 21 845

Tarix : 25-09-2014, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 q qiymə (mal əti)
300 q toyuq qiyməsi
100 q çörək içi
100 q fıstıq (yaxud qoz, fındıq)
4 yumurta
2 iri baş soğan
2 diş sarımsaq
1 iri yerkökü
4 x.q. un
4 x.q. şərab sirkəsi (yaxud şirin ağ şərab)
2 x.q. kişmiş
1 x.q. doğranmış cəfəri
2 ç.q. şirin qırmızı bibər (paprika)
2 ç.q. qabartma tozu
2 ç.q. karri
1 ç.q. qara üyüdülmüş istiot
Kərə yağı (yağlamaq üçün)

Hazırlanması:
Baş soğanı, sarımsağı, fıstığın yarısını, yerkökünü sürtgəcdən keçirin, yaxud blenderdə xırdalayın. Bunları çörək ovxantısı, qiymələr, un, qabartma tozu, xırdalanmamış fıstıqla qarışdırın.

Yumurtaları çəngəllə azca çalın, ədviyyat, sirkə əlavə edin, qarışdırın, qiyməyə əlavə edib yaxşıca qarışdırın.

Bütün ədviyyatları və qalan ərzaqları da əlavə edin, qarışdırın.

Keks üçün ortası deşik olan forma götürün (diametri 26 sm), qiyməni içinə yığın. 200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə, üstü qızaranadək bişirin.

Formanın kənarlarından bıçaq salaraq ruleti formadan ayırın, sonra içinə perqament döşənmiş siniyə tərs çevirin, daha 15 dəqiqə bişirin.

Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırın, yaxud, əlavə, içinə, bişirin, dəqiqə, şirin, qabartma, şərab, çörək, yığın, Bütün, dərəcə, yaxşıca, qiyməyə, qızdırılmış, qiyməni, diametri, sobada, ortası
BİZİ İZLƏYİN