Tərkibi:600 q toyuğun döş əti
1 şaftalı
3 sm zəncəfil kökü
duz
provans otları
Hazırlanması:Əti nazik laylara doğrayın.
Bir ləyənə yığın. Üstünə duz, provans otları və sürtgəcin xırda gözündən keçirilmiş zəncəfil səpin. Yaxşıca qarışdırıb bir saat saxlayın.
Şaftalının üstünə qaynar su tökün, 3 dəqiqə sonra çıxarıb qabığını soyun, dilimləyin.
Masanın üstünə qida plyonkası sərin. Toyuq ətini bir lay düzün.
Bir tərəfinə şaftalı dilimlərini düzün.
Rulet kimi bükün, plyonkanın qıraqlarını bağlayın. Suda 20 dəqiqə qaynadın.
Bişəndən sonra ruleti sudan çıxarın, sonra bir qədər dinləndirin.
Doğrayıb süfrəyə verin. Qarnir kimi çəkmə plov verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: sonra, üstünə, dəqiqə, düzün, otları, provans, zəncəfil, şaftalı, bağlayın, plyonkanın, qıraqlarını, bükün, tərəfinə, Toyuq, ətini, qaynadın, dilimlərini, Rulet, sudan, Qarnir