• Göbələkli toyuq sote resepti

Reseptin məlumatları Baxış sayı: 10 008

Tarix : 13-12-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
0,5 kq toyuq filesi
0,5 kq göbələk
1 baş soğan
1 yaşıl uzun bibər
1 qırmızı bolqar bibər
2 pomidor
1 x.q. tomat pastası
1 ç.q. bibər pastası (acısız)
1 ç.q. kəklik otu
1/2 ç.q. paprika
istiot
duz

Hazırlanması:
Soğanı və bibərləri kəsib istədiyiniz yağda biraz qovururuq. İçinə kub formasında toyuğu kəsib əlvə edirik.
Eyni formada göbələyi kəsib əlavə edirik. Sonda pomidoru eyni formada kəsib əlavə edirik.
Qapağı bağlayıb 10 dəq. bişiririk. Sonra tomat pastası, bibər pastası, ehtiyyac varsa yağ, ədviyyatları əlavə edirik. Yaxşı qarışdırıb 5 dəqiqə daha bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: kəsib, edirik, bibər, pastası, əlavə, tomat, bişiririk, formada, qarışdırıb, Sonda, göbələyi, toyuğu, dəqiqə, pomidoru, bağlayıb, varsa, Yaxşı, ehtiyyac, Sonra, ədviyyatları
BİZİ İZLƏYİN