• Kiev kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 4 608

Tarix : 4-10-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Şef / Mənbə : bahasun


Tərkibi:
3 toyuq filesi
2 yumurta
3 x.q. süd
90 qr. kərə yağı
un
suxari
qızartmaq üçün bitki yağı
duz
istiot

Hazırlanması:
1.Bir kotlet üçün sizdə 1 toyuq filesi gedəcək.
Fileni iki mətbəx plenkası arasına qoyub yaxşıca döyün. ƏSonda ət lap nazik olmalıdır.
2.Fileyə duz və istiot səpin.
3.Hər fileyə dondurulmuş uzunsov kəsilmiş kərə yağı tikəsini qoyun. Və dolma kimi uzunsov bükün. Elə bükün ki, yağ əridikcə heç terdən çıxa bilməsin.
4.Ayrıca qablara un və suxari tökün.
Başka bir qabda yumurtanı südlə çırpın.
5.Kotletimizi əvvəl una sonra yumurtaya və sonda suxariyə bulayın. Bunu bir dəfə daha eyni qaydada təkrar edin.
6.Sobanı 200 dərəcədə isidin.
7.Dərin qazana yetərincə bitki yağı tökün, kotleti onun içinə qoyanda yağ tam örtsün onu.
Yağı yaxşı qızdırın. Kotleti içinə qoyub 5 dəqiqə qızardın. Üstü tam qızarmalıdır. Sonra isinmiş sobada 10 dəqiqə bişirməyə davam edin.
Kotletimiz hazırdı

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: uzunsov, qoyub, bükün, içinə, dəqiqə, istiot, tökün, suxari, bitki, toyuq, filesi, Sobanı, təkrar, dərəcədə, isidin, qazana, Dərin, qaydada, bulayın, əvvəl
BİZİ İZLƏYİN