• Düyülü kartof dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 547

Tarix : 27-09-2014, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
8 kartof
3 st. düyü
3 yaşıl bibər
1 baş soğan
1 x.q. tomat pastası
2 pomidor
pul bibər
duz
bitki yağı

Hazırlanması:
Düyünü yuyun.

Soğanla bibəri xırda doğrayıb bitki yağında qovurun.

Üzərinə düyü, azca pul bibər, duz əlavə edib qarışdırın.

Tomat pastası əlavə edib qarışdırın, 1 st. suyla bişirin.

Kartofların içini oyub bir tavaya qoyun.

Hazırladığınız içlə doldurub üzərinə pomidor dilimləri qoyun.

Tavaya qaynanmış su və azca duz töküb vam odda bişirin.

Nuş olsun!
Etiketlər: bibər, pastası, pomidor, bitki, qoyun, bişirin, əlavə, qarışdırın, tavaya, içini, Kartofların, suyla, üzərinə, qaynanmış, töküb, olsun, Tavaya, dilimləri, doldurub, Tomat
BİZİ İZLƏYİN