• Çin üsulu badımcan dolması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 109

Tarix : 18-02-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox

Tərkibi:
1 iri badımcan
300 q qiymə
1 dəstə göy soğan
1 ç.q. küncüt
1 x.q. küncüt yağı
1 x.q. soya sousu
duz
istiot
bitki yağı (qızartmaq üçün)

klyar:
1 yumurta
100 ml su
100 q un

Hazırlanması:
Əvvəlcə badımcanı hazırlamaq lazımdır. Bunun üçün onu eyni hündürlüklü iki lövhənin arasında yerləşdirin. İti bıçaqla 5 mm qalınlıqda dilimləyin (lövhələr sonadək kəsim etməyə imkan verməyəcək və "qarmon" alınacaq).
Bundan sonra badımcan "qarmon"unu iki dilimi bitişik olmaqla ayırın. Lap nazik olanları atmayın, qiyməyə əlavə edin.
Bitişik cüt dilimləri dayaz boşqaba yığıb üzərinə duz səpin. Şirəsi çıxanadək saxlayın.

Badımcanın artıq qalan dilimlərini xırdalayıb qiyməyə qatın. Xırdalanmış soğanı, soya sousunu, küncüt yağını, küncüt toxumlarını, duz-istiot vurub qiyməni yaxşıca qarışdırın.

Badımcanları soyuq su ilə yuyub salfetlə qurulayın.

Hər cüt dilimin arasına 1 qaşıq qiymə qoyub içiylə bir yayın.

Klyar: yumurta, duz, su və unu qarışdırın.

Hər cüt dilimi klyara batırıb bitki yağında hər üzünü 3-4 dəqiqə olmaqla qızardın.
Yağını bol edin.

Bişmiş badımcan "dolma"larını salfetin üzərinə düzün ki, artıq yağını çəksin.

Süfrəyə isti-isti, soya sousu ilə verin.

Çin üsulu badımcan dolması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: küncüt, badımcan, qarmon, üzərinə, yağını, artıq, olmaqla, qarışdırın, qiyməyə, yumurta, dilimi, qiymə, sousu, istiot, bitki, qurulayın, yuyub, Badımcanları, salfetlə, yaxşıca
BİZİ İZLƏYİN