• Fırında kabak çiçəyi dolması resepti

Reseptin məlumatları Baxış sayı: 3 330

Tarix : 26-01-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qram yağlı qiymə,
Yarım çay stəkanı düyü,
1 kiçik soğan,
1 diş sarımsaq,
1 orta boy pomidor,
1 yaşıl bibər,
4-5 ədəd cəfəri,
1 çay qaşığı istiot,
1 çay qaşığı qırmızı bibər,
1 şirniyyat qaşığı tomat,
1şirniyyat qaşığı nar şərab,
yetərin qədər su,
Yarım çay stəkanı zeytun yağı,

Hazırlanması:
Əvvəlcə zeytun yağını, soğanı və bibəri tavada bir az qızardın.
Bunlar qızarandan sonra hazırladığınız qiyməni əlavə edin.
Qiymənin rəngi dönənə qədər bişirin.
Qiymə bişəndən sonra tomatı əlavə edib qarışdırın.
Pomidor və sarımsağı əlavə edib 3-4 dəqiqə qədər bişirin.
Sonda isə düyü, duz və ədviyyatları , 1 stəkan suyu əlavə edib bişməyə qoyun.
Dibində çox az bir miqdar su qalanda cəfərini əlavə edin.
Ocağın altını qapadıb dəmlənməyə qoyun.
Kabak çiçəyini geniş bir qaba alıb bol suyla diqqətlicə , ancaq ovxalamadan yuyun.
Çiçəyin içində qarışqa ola bilər.
Çox incə olduğu üçün ovalanmağa dayanmır.
Kabak çiçəyinin yarpaq hissələrini aralayıb soyumuş içdən bir çay qaşığı qədər doldurun.
Həddindən çox doldurmayın ki, çiçək xarab ola bilər.
Doldurduqdan sonra yarpaqları içə doğru qatlayın.
Qapatdığınız hissələri fırın siniosinin kənatlarına söykənəcək şəkildə düzün.
1 sıra da üzərinə düzə bilərsiniz.
Çiçək dolmalarının üzərinə çox az zeytun yağı gəzdirin.
4-5 yemək qaşığı qədər də su əlavə edin.
Əvvəlcədən 200 dərəcəyə yaxın qızdırılmış fırında üzəri xəfif qızarana qədər , yəni, 15v dəqiqəyə yaxın bişirin.

Nuş olsun!
Etiketlər: qədər, qaşığı, əlavə, bişirin, zeytun, sonra, üzərinə, qoyun, bilər, Kabak, stəkanı, Yarım, yaxın, bibər, hissələrini, yarpaq, çiçəyinin, aralayıb, içdən, çiçək
BİZİ İZLƏYİN