• Tərəvəzli keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 506

Tarix : 5-08-2019, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd çuğundur yarpağı (doğranmış),
3 böyük kartof (bişmiş və doğranmış),
2 böyük kabak (rəndələnmiş),
3 yemək qaşığı tam kəpəkli un,
1 yumurta,
3 yemək qaşığı zeytun yağı,
250 q holland pendiri (rəndələnmiş),
Duz ,
İstiot,
1 şirniyyat qaşığı qırmızı bibər,
1 şirniyyat qaşığı kəklikotu,
1 şirniyyat qaşığı cirə

Hazırlanması:
Robotta doğranmış çuğunduru, kartofu və rəndələnmiş kabağı yaxşıca çəkin.
Üstünə yumurtanı, zeytun yağını və unu əlavə edib yenidən çəkin.
Ən son ədviyyatları əlavə edib yenidən çəkin.
Fırın sinisini yağlayın.
Qarışımı siniyə tökün və üzərinə rəndələnmiş holland pendirini səpin.
20 – 25 dəqiqə qədər 180 dərəcə qızdırılmış fırında bişirin.
Kvadrat şəklində doğrayıb servis tabağına alın.

Nuş olsun!
Etiketlər: qaşığı, rəndələnmiş, şirniyyat, çəkin, doğranmış, yenidən, holland, zeytun, yemək, böyük, əlavə, üzərinə, tökün, səpin, pendirini, yağlayın, sinisini, dəqiqə, Qarışımı, siniyə
BİZİ İZLƏYİN