• İçi doldurulmuş balıq resepti

Reseptin məlumatları Baxış sayı: 11 852

Tarix : 24-09-2019, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Balıq - 1 kq-a qədər
Qoz - bir ovuc
Limon şirəsi
Kişmiş - bir ovuc
Soğan - 1 ədəd
Zeytun yağı
Duz

Hazırlanması:
Balığı təmizləyin, içini çıxarın, içərisini və üstünü duzlayın. Döyülmüş qoz, kişmiş, xırda doğranıb, yağda qızardılmış soğan və limon şirəsindən içlik hazırlayın. Yaxşıca qarışdırın və balığın içinə doldurun. Balığı sapla tikin və sobada bitki yağında qızardın. Hazır balığı boşqaba qoyun, sapları çıxarın və limon dilimləri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: çıxarın, Balığı, limon, doldurun, sapla, tikin, sobada, içinə, balığın, hazırlayın, Yaxşıca, qarışdırın, bitki, yağında, sapları, dilimləri, bəzəyin, qoyun, boşqaba, qızardın
BİZİ İZLƏYİN