• Sobada pendirli makaron resepti

Reseptin məlumatları Baxış sayı: 12 878

Tarix : 30-09-2019, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hussniyya


Tərkibi:
500 qr - Makaron
300 qr - Sosisqa
2-3 ədəd - Kök
Duz, istiot
200 qr - Holland pendiri

Hazırlanması:
Makaronu süzürük,sosisqalarə qaynadırıq və halqa doğrayırıq,kökü və holland pendirini sürtkəcdən keçiririk. Makaronu,sosisqanı,kökü və holland pendirini qat-qat formada qaba düzürük aralara kərə yağı və ya bitki yağı əlavə edirik azacıq,azca holland pendiri üzəri üçün saxlayırıq və 15 dəqiqə 180 dərəcə sobada bişirib sonda qalan pendiri üzərinə səpib söndürdüyümüz isti sobaya qoyuruq və hazırdır. Adətən beşamel sousda bişirmək yaxşı olur makaronlar qurumaması üçün,amma beşamel hazırlaya bilməyəndə azacıq makaronu süzdüyümüz su da köməyə çatar,sadəcə yarım stəkan əlavə edin makaronlar qurumayacaq ,həmçinin tomat pastasından da sadə sous hazırlayıb əlavə emək olar.

Nuş olsun!
Etiketlər: pendiri, holland, əlavə, pendirini, makaronlar, azacıq, beşamel, Makaronu, qoyuruq, yaxşı, sobaya, söndürdüyümüz, hazırdır, qurumaması, sousda, bişirmək, Adətən, makaronu, qurumayacaqhəmçinin, stəkan
BİZİ İZLƏYİN