• İtalyan üsulu beşamel souslu makaron resepti

Reseptin məlumatları Baxış sayı: 5155

Tarix : 7.11.2014, 13:00

Bölmə : Quru yeməklər, Makaron yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Ümumi:

500 q makaron
ət raqusu
beşamel sousu
sürtgəcdən keçirilmiş pendir
zeytun yağı
duz

Ət raqusu üçün:
500 q pomidor konservi (qabıqsız)
1 baş soğan
2 yerkökü
1 budaq kərəviz
300 q mal əti qiyməsi
1 st. qırmızı süfrə şərabı
4 x.q. zeytun yağı
duz və istiot

Beşamel sousu üçün:
1 l süd
100 q kərə yağı
100-120 q un
muskat cevizi (istəyə görə)
duz

Hazırlanması:
Ümumi hazırlama qaydası:

Dərin sinini zeytun yağı ilə yağlayın. Dibinə azca beşamel sousu tökün. Yarımbişmiş makaronları düzün. Üzərinə ət raqusunu qoyun və beşamel sousu tökün. Qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin və 180-200 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Hərdən qarışdırın ki, yanmasın və üzərində sərt qazmaq əmələ gəlməsin. Makaronlar bişəndə sobadan çıxarıb boşqablara çəkin, üzərinə yenidən pendir səpə bilərsiniz.

Ət raqusunun hazırlanması:
Soğanı, yerkökü və kərəvizi xırda doğrayın. Tavaya azca zeytun yağı töküb ocağın üstünə qoyun. Yağ qızanda tərəvəzləri içinə töküb vam odda 10 dəqiqə bişirin. Onlar yumşalmalıdır. Qiymə əlavə edin. Qarışdırıb daha 5 dəqiqə bişirəndən sonra 1 st. şərab əlavə edin. Şərab tam buxarlananda doğranmış pomidor konservini əlavə edin, tavanın qapağını örtüb 30 dəqiqə bişirin. Arada qapağı açıb qarışdırın ki, yanmasın. Hazır olandan sonra duz və istiot vurun.
Qeyd: raqunun hazırlanma müddəti 30 dəqiqədən az olmamalıdır, o nə qədər gec bişirsə, bir o qədər dadlı olur. Onu çox zəif odda bişirirlər.

Beşamelin hazırlanması:
Tavaya yağ və ələnmiş un tökün, nə çox iti, nə də çox zəif ocağın üstünə qoyun. Bir neçə dəqiqə qarışdıraraq qovurun (qızarmamalıdır). Qarışdıra-qarışdıra, ehtiyatla süd əlavə edin, çalışın, lopalar əmələ gəlməsin. Əgər lopalar varsa, süzgəcdən süzün və yenidən qaynadın. Təxminən 20 dəqiqə qaynadın. Beşamel qatılaşanda azca duz və sürtgəcdən keçirilmiş muskat cevizi əlavə edin.

Nuş olsun!


"Bu yeməyi bişirmək prosesi nəticəsi kimi – tam bir həzdir. Və qoy, sonda yığılacaq çirkli qabların sayı kədərləndirməsin, çünki Fairy ilə ən yağlı qabların belə öhtəsindən rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!"
Etiketlər: dəqiqə, əlavə, zeytun, sousu, qoyun, bişirin, keçirilmiş, pendir, tökün, beşamel, sürtgəcdən, qarışdırın, yanmasın, üstünə, əmələ, qədər, sonra, Tavaya, töküb, cevizi

loading...
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Leyla Huseynzade
Twk 20 nyam Hazirlayacam )
27 yanvar 2015 15:15
1
BİZİ İZLƏYİN




Yandex.Metrica