• Koroğlu kababı resepti

Reseptin məlumatları Baxış sayı: 2964

Tarix : 6.10.2020, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
can əti
quyruq
xırdalanmış qoz
zirinc
duz
istiot

Hazırlanması:
İlk öncə can ətini nazik tikəyə ayırın. Üzərinə streç salafan keçirib mətbəx çəkici ilə döyəcləyin. Kənarda quyruğu da döyəcləyib ətin üzərini örtəcək qədər düzün. Duz və istiot vurun. Üzərinə xırdalanmış qoz səpin və zirinc əlavə edib rulet şəklində bükün. Streç salafana bükülmüş ət ruletini 3– 4 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz ət ruletini dilimləyin və kabab şişlərinə keçirin. Koroğlu kababını manqalda közərmiş kömür üzərində bişirin.

Nuş olsun!
Etiketlər: Kabablar, Koroğlu, kababı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN