Tərkibi:500 q yağsız qoyun əti
2 yumurta
2 soğan
2 st. un
1 ç.q. duz
yağ
qara istiot
Hazırlanması:Əti xırda doğrayıb 1 x.q. yağı və duzla qovurun. Sonra soğanı doğrayıb əlavə edin. Bir az su əlavə edin, tam hazır olanadək bişirin. İstiot vurun.
2 st. unu su və duzla yoğurun. Kündələyib 1 sm qalınlığında yayın. 4 bərabər hissəyə bölün. İçi bərabər qaydada bu hissələrin üstünə yerləşdirin. Sonra hər birini boğça kimi bükün.
Siniyə bükdüyünüz yer üzüaşağı olmaqla düzün, üzərinə yumurta sarısı çəkin. Sobada 180 dərəcədə bişirin.
Nuş olsun!
Etiketlər: Sonra, doğrayıb, duzla, əlavə, bişirin, yumurta, bərabər, Siniyə, bükün, boğça, hissələrin, üstünə, yerləşdirin, birini, bükdüyünüz, olmaqla, Sobada, dərəcədə, olsun, çəkin