• Ştrudel resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 398

Tarix : 8-11-2014, 10:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qiymə
500-700 q kartof
150 q soğan
duz
istiot
bitki yağı

Xəmir üçün:
100 ml qatıq
1 yumurta
1 ç.q. qabartma tozu (və ya 0,5 ç.q. soda)
200-250 q un
duz
Ştrudel resepti - FOTO RESEPT


Hazırlanması:
Yumurtanı qatıqla qarışdırın. Qabartma tozu, duz, un əlavə edərək bərk olmayan xəmir yoğurun. Üzərini dəsmalla örtüb 1 saatlığa isti yerə qoyun.
Qiyməyə duz-istiot vurub qarışdırın.
Xəmiri yayın. Qiyməni üzərinə bərabər qaydada çəkin. Rulet kimi bükün. Ruleti 2-3 sm enində dilimlərə bölün. 15 dəqiqə saxlayın.
Soğanı xırda doğrayın. Kartofu təmizləyib iri doğrayın. Dərin və enli qazanda soğanı qızılı rəng alana qədər qızardın. Kartof əlavə edib azca su tökün (kartofun 1/3-i qədər), duz, istiot vurun. Qaynara düşəndə ştrudelləri (rületdən kəsdiyiniz dilimləri) aralı-aralı kartofun üstünə düzün (bişəndə ştrudellər həcmcə böyüyür, yapışmasın deyə). Qazanın ağzını bağlayıb vam odda 40-45 dəqiqə bişirin.
Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT

Ştrudel resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: istiot, aralı, əlavə, qədər, qarışdırın, xəmir, dəqiqə, kartofun, doğrayın, tökün, vurun, qızardın, Kartof, soğanı, təmizləyib, Kartofu, xırda, Dərin, qazanda, qızılı
BİZİ İZLƏYİN