• Kartoflu babka resepti

Reseptin məlumatları Baxış sayı: 10731

Tarix : 19.11.2014, 13:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 kq kartof
2 yumurta
3 x.q. süd
3 x.q. kərə yağı
duz

Farş üçün:
200 q bişmiş mal əti
2 baş soğan
300 q göbələk
3 x.q. bitki yağı
3 x.q. bulyon və ya su
4 x.q. suxarı
2 x.q. kərə yağı
qara istiot
duz

Hazırlanması:
Kartofun qabığını təmizləyib, yuyub, duzlu suda hazır olanadək bişirin. Suyunu süzün, kartofu isti-isti əzin. Yağ, qaynar süd, 2 yumurta əlavə edin qarışdırın.
Soğanı doğrayıb yağda şəffaf rəng alanadək qızardın, xırda doğranmış göbələk əlavə edərək 10 dəqiqə qızardın. Su və ya bulyon töküb daha 10 dəqiqə bişirin.
Əti maşından keçirin. Göbələk və soğanla qarışdırıb duzlayın, istiot vurun.
Yağlanıb suxarı tökülmüş saxsı tavaya və yaxud dərin siniyə əvvəlcə kartof püresinin yarısını, üstünə ətlə göbələk qarışığını, sonra kartof püresinin qalanını qoyun. Üzərinə suxarı səpin, kərə yağı qoyun və 230 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızaranadək bişirin.
Süfrəyə təzə və ya konservləşdirilmiş tərəvəzlə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: suxarı, bişirin, göbələk, dəqiqə, kartof, püresinin, qoyun, qızardın, istiot, yumurta, bulyon, əlavə, siniyə, yarısını, əvvəlcə, tavaya, Yağlanıb, vurun, duzlayın, tökülmüş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN