• Qırmızı bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 941

Tarix : 11-03-2016, 16:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 dənə kök,
6 dənə qırmızı bibər,
4 dənə incə badımcan,
2 dənə yaşıl soğan,
Duru yağ,
Duz,

Hazırlanması:
Badımcanları gözəlcə yuyun.
Qabıqlarını alacalı soyun.
Sonra küp-küp doğrayın.
Kökləri də soyub yuyun.
Onları da küp-küp doğrayın.
Bir tavaya duru yağ qoyun.
Yağın qızmasını gözləyin.
Kök və badımcanları yağın içinə qoyub qızardın.
Qızartdığınız kök və badımcanları geniş bir tavaya alıb üzərinə duz səpin.
Qırmızı bibərləri fırın torbasına qoyub üzərini bir-iki yerdən çəngəllə deşib fırına verin.
Bibərlər belə olanda asan soyula bilir.
Hər iki tərəfini közləyin.
Közlənən bibərləri bir siniyə alın və soyumağa qoyun.
Soyuyan bibərləri diqqətli bir şəkildə soyun.
Soyulan bibərləri uzununa kəsin.
Yaşıl soğanın yarpaqlarını kəsin.
Soğanın ağ hissəsini incə şəkildə doğrayın və badımcanın içinə qatın.
Kəsilən bibərlərin uc hissəsinə hazırladığınız qızartmadan qoyub bükün.
Bükülən bibərləri yaşıl soğan yarpağı ilə bağlayın.
Sarıdığınız bibərləri servis tabağına düzərək servis edə bilərsiniz.
İstəyə görə yanına sarımsaqlı qatıq qoya bilərsiniz.
Qızartmanın içinə çəkilmiş qoz da qoya bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibərləri, bilərsiniz, doğrayın, qoyub, içinə, şəkildə, soyun, servis, tavaya, qoyun, kəsin, badımcanları, soğan, yaşıl, yuyun, soğanın, yarpaqlarını, hissəsini, Qızartmanın, badımcanın
BİZİ İZLƏYİN