• Pendirli omlet resepti

Reseptin məlumatları Baxış sayı: 20 844

Tarix : 2-03-2016, 14:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 1-2


Tərkibi:
2 ədəd iri yumurta
1 çay qaşığı su
1 xörək qaşığı kərə yağı
Duz
İstiot
2 xörək qaşığı sürtgəcdən keçirilmiş Kaşar pendiri və ya Mozzarella pendiri
Xırda doğranmış cəfəri

Hazırlanması:
Yumurtaları orta ölçülü kasanın içinə qırın. Su və zövqə görə duz əlavə edib çəngəllə bir necə dəqiqə ərzində qarışanadək çırpın.
Orda ölçüdə olan bir tavanı orta istilikdə (yüksək olsa sonradan əlavə edəcəyiniz yağ yanar) qızdırın. Tava qızan kimi kərə yağını buraya əlavə edib, əridin.
Yağ əriyən kimi, yumurtalı kütləni tavaya tökün. Təxminən 5 dəqiqə ərzində, və yaxud omletin altı özünü tutub yüngülvari qızarana qədər bişirin.
Omletin üstü bir qədər yumuşaq qalıb və çox bərkiməmişkən, buraya pendiri sərpişdirib, spatula vasitəsiylə omleti ikiyə qatlayıb, qaba sürüşdürün. Pendir isti omletin arasında əriyəcək.
Omletin üstünə zövqə görə istiot və çəfəri səpib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, pendiri, dəqiqə, yumurta, pendirli, xörək, zövqə, ərzində, omletin, Omletin, qədər, bişirin, buraya, omlet, tökün, tutub, Təxminən, yaxud, özünü
BİZİ İZLƏYİN