• Sobada tərəvəzli bişmə resepti

Reseptin məlumatları Baxış sayı: 10252

Tarix : 17.01.2016, 21:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4




Tərkibi:
1 ədəd balaca badımcan – saplağını kəsin, badımcanı uzunlamasına yarı bölün, yarıları da halqavari qalın-qalın kəsin
1 ədəd yumurta
1 stəkan un (150 qram)
1 stəkan + bir stəkanın dörtdə birisi qədər süd
2 xörək qaşığı təzə kəklikotu və ya 2 çay qaşığı quru kəkliokotu
1 ədəd qırmızı soğan
2 ədəd kabaçok
1 ədəd qırmızı Bolqar bibəri
1 ədəd sarı Bolqar bibəri
4 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı sürtgəcdən keçirilmiş Parmezan pendiri
Duz
istiot
Üstünə səpmək üçün hər hansı bir göyərti (mən cəfəri səpirəm) – xırda doğrayın

Hazırlanması:
Bir kasada yumurta, un, süd, kəkliotu, zövqə görə duz və istiotu duru hamar kütlə alınanadək qarışdırın. Kasanı soyuq yerə qoyun.
Badımcanları süzgəcin içinə yığıb, yaxşıca duzlayın. Qoyun acısı çıxsın – təxminən 10 dəqiqə ərzində. Sonra sudan keçirib, qurulayın.
Sobanı 205Cdək qızdırın.
Söğanı nazik dilimlərə kəsin. Kabaçoku halqavari kəsin. Bibərlərin dənəsini çıxardıb, hər bibəri uzunlamasına 4-6 yerə bölün. Bütün tərəvəzləri ölçüsü 33 sm x 25 sm olan formaya yığın. Üstünə zeytun yağını əlavə edib, əlinizlə qarışdırın. Tərəvəzləri bir lay şəklində yayın. Sobada üstləri bir az qızaranadək bişirin, təxminən 20 dəqiqə.
Sonra isə sobadan çıxardıb, südlü kütləni (qaşıqla qarışdırın) tərəvəzlərin hər tərəfinə tökün. Sobada 30-35 dəqiqə və yaxud südlü qarışıq bir az şişib qızaranadək bişirin. Bişməni sobadan çıxardın. Üstünə Parmezan pendiri və göyərti səpin. Bişmə bir qədər soyuduqdan sonra süfrəyə verilməyə hazırdır. Bişməni soyuq halda da yemək olar.

Nuş olsun!

Etiketlər: qaşığı, kəsin, qarışdırın, Üstünə, xörək, qırmızı, bibəri, dəqiqə, Sobada, bölün, uzunlamasına, qədər, etmək, halqavari, yumurta, qalın, stəkan, Bolqar, Parmezan, bişirin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN