• Pendirli kartof püresi resepti

Reseptin məlumatları Baxış sayı: 16687

Tarix : 22.04.2016, 23:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür)
60 qrama yaxın kərə yağı
Yarım stəkan süd
1 stəkan sürtkəcdən keçirilmiş Kaşar pendiri (Provolone və ya Mozarella da olar)
Duz
İstiot

Hazırlanması:
Kartofları yuyub orta ölçülü qazana yerləşdirin. Üstü örtülənədək su ilə doldurun, qaynadıb bişirin (kartoflar yumuşalana qədər, təqribən 30 dəqiqə). Suyunu süzüb isti-isti qabığını soyun. Eyni qazanda kartofları kartof əzənlə püre halına gətirin, kartof hələ istiykən yağı da elavə edin, əriyənə qədər qarışdırın. Bir az süd əlavə edib bir az da qarışdırın. Yağ və südün miqdarını zövqə görə dəyişə, artıra da bilərsiniz.
Daha sonra qazana pendiri əlavə edib qazın üstündə orda odda pendir əriyənə qədər tez-tez qarışdırmaq şərti ilə bir neçə dəqiqə qızdırın. Zövqə görə duz və istiotunu əlavə edin və dərhal süfrəyə verin.

Nuş olsun!


Etiketlər: kartof, əlavə, püresini, dəqiqə, Kartof, qədər, kartofun, ölçülü, elavə, olunur, əriyənə, qazana, pendiri, stəkan, pendir, qarışdırın, sonra, qabıqlı, hazırlamaq, nişastasını
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN