• Kartof çiçəkləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 10213

Tarix : 2.02.2016, 11:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
5 kartof
100 q göbələk
0,5 qabaq
1-2 ədəd bolqar bibəri
100 q bərk pendir (ərinmiş pendir də olar)
2 yumurtanın sarısı
duz
küncüt
bitki yağı

Hazırlanması:
* Bu təamı müxtəlif içliklərlə hazırlamaq olar: balıqla, ətlə, tərəvəzlə, yaxud qarışıq.

Kartofu təmizləlyib nazik fal-fal doğrayın, yumşalması üçün 15-20 dəqiqə soyuq suda saxlayın.

Uyğun formalı keks qablarına kartof dilimlərini gül formasında düzün: 5 ədəd kənarına, biri - ortasına, dibinə.

Pendiri sürtgəcdən keçirin (əgər ərinmiş pendirdən istifadə edəcəksinizsə, əvvəlcədən dondurucuda saxlayın), yumurta sarıları, duz əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Bu qarışıqdan hər "çiçəyin" ortasına 1-2 qaşıq tökün (bişəndə "ləçəkləri" birləşdirəcək).

Göbələyi, bibəri və qabağı xırda doğrayıb tavada bitki yağında qovurun, duz, istiot vurun.

Tərəvəz qovurmasını "çiçəklərin" ortasındakı pendirli qarışığın üzərinə paylaşdırın.

"Ləçəkləri" bitki yağı ilə yağlayın.

Formaları 180 dərəcə qızdırılmış sobaya qoyub kartof qızaranadək bişirin. Hazır olmamışdan 5-10 dəqiqə əvvəl çıxarıb ortasına küncüt səpin.

Kartofları formadan çıxarandan əvvəl bir qədər soyudun. Onda daha rahat çıxır.

Kartof çiçəkləri resepti - FOTO RESEPT

Kartof çiçəkləri resepti - FOTO RESEPT

Kartof çiçəkləri resepti - FOTO RESEPT

Kartof çiçəkləri resepti - FOTO RESEPT

Kartof çiçəkləri resepti - FOTO RESEPT

Kartof çiçəkləri resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: ortasına, kartof, bitki, küncüt, saxlayın, ərinmiş, əvvəl, dəqiqə, pendir, bibəri, Tərəvəz, vurun, istiot, qovurmasını, qovurun, olsun, qarışığın, pendirli, ortasındakı, yağında
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN