• Bolqar musakkası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 046

Tarix : 5-04-2016, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ortaboy badımcan
3 kartof
2 bolqar bibəri
4 pomidor
2-3 diş sarımsaq
bitki yağı
50 q pendir
2 yumurta
duz

Hazırlanması:
Badımcanları yuyub saplağını kəsin, nazik fal-fal doğrayıb bitki yağında qızardın.
Kartofu suda qabıqlı bişirin. Təmizləyib fal-fal doğrayın.
Bolqar bibərini təmizləyin, halqa doğrayın. (Bibər seçəndə boyuna fikir verin, elə olsun ki, halqalar badımcanla kartof dilimlərindən iri olmasın).
Pomidorları da fal-fal doğrayın.
Dairəvi formaya ardıcıl sıx-çıx düzün: badımcan+kartof+pomidor+bibər. Xarici dairə dolanda daxilini də eyni ardıcıllıqla doldurun.
Duz vurun.
Sarımsağı doğrayıb səpin.
Azca bitki yağı gəzdirin (1 x.q. bəs edər).
Yumurtaları çalıb üzərinə tökün.
Sürtgəcdən keçirilmiş pendir səpin.
180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT

Bolqar musakkası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bitki, doğrayın, kartof, pendir, doğrayıb, bişirin, olsun, səpin, pomidor, badımcan, Xarici, bibər, dairə, daxilini, düzün, dolanda, ardıcıl, Pomidorları, olmasın, dəqiqədə
BİZİ İZLƏYİN