• Koreya üsulu qabaq resepti

Reseptin məlumatları Baxış sayı: 13 262

Tarix : 26-03-2016, 16:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,5 kq təzə, bərk qabaq
0.5 kq baş soğan
0.5 kq yerkökü
5 şirin bibər
200 q sarımsaq
göyərti - şüyüd, keşniş, kərəviz, cəfəri - zövqə görə

marinad:
1 st. bitki yağı
1 st. şəkər tozu
150 ml 9%-li sirkə
2 x.q. duz

Hazırlanması:
2 qutu koreya üsulu yerkökü üçün ədviyyat

Marinadı hazırlamaq üçün sadəcə gərəkli ərzağı qarışdırın (yəni qaynatmaq lazım deyil).

Qabağı və yerkökünü xüsusi sürtgəcdən keçirin, yaxud da saman kimi doğrayın. Hətta nazik fal-fal da doğraya bilərsiniz. Bibərlə soğanı da ürəyiniz istəyən formada doğraya bilərsiniz. Xırdalanmış sarımsaqla göyərtini yerkökü və qabaqla qarışdırın. Üzərinə marinad töküb yenə qarışdırın və 3-4 saat saxlayın.

Bu müddət keçəndən sonra salatı təmiz, quru bankalara yığıb sterilizə edin: 1-litrlik bankaları yarım saat, yarımlitrlikləri - 15 dəqiqə. Sonra qapağını bağlayın. Tərs çevirmək lazım deyil. Soyuq yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: qarışdırın, yerkökü, marinad, deyil, lazım, saxlayın, bilərsiniz, doğraya, Üzərinə, müddət, qabaqla, töküb, göyərtini, ürəyiniz, soğanı, Bibərlə, istəyən, formada, sarımsaqla, Xırdalanmış
BİZİ İZLƏYİN