Tərkibi:500 q qabaq
1 diş sarımsaq
2 yumurta
1 st. un
0,5 ç.q. duz
1/4 ç.q. paprika
3 x.q. mayonez
göyərti
150 q bərk pendir
Hazırlanması:Qabaqları soyub dənələrini təmizləyin. Sürtgəcin xırda gözündən keçirin.
Yumurta, 0,5 ç.q. duz və 1/4 ç.q. şirin paprika əlavə edin. Un qatıb qarışdırın.
Tavanı bitki yağı ilə yağlayıb möhkəm qızdırın. Xəmirdən tavaya qoyub qaşıqla içiylə bir yayın. Hər iki üzünü qızardın. Göstərilən ərzaqdan 2-3 ədəd belə blinçik alınır.
İç üçün pendiri sürtgəcdən keçirin. Xırdalanmış göyərti, əzilmiş sarımsaq qatın. Sevirsinizsə, xırda doğranmış gündə qurudulmuş pomidor da qata bilərsiniz. Mayonez vurun.
Soyumuş blinçikin üzərinə içi yayıb səliqə ilə bükün. Ruletləri iti bıçaqla doğrayın.
Nuş olsun!
Etiketlər: göyərti, paprika, xırda, keçirin, sarımsaq, qatın, doğranmış, gündə, əzilmiş, Sevirsinizsə, pendiri, ərzaqdan, Göstərilən, blinçik, alınır, sürtgəcdən, qurudulmuş, Xırdalanmış, vurun, bükün