• Pendir ruletləri ilə toyuq şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14554

Tarix : 19.04.2016, 15:00

Bölmə : Sulu yeməklər, Toyuq yeməkləri, Şorbalar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
toyuq bulyonu
4 kartof
1 yerkökü
1 baş soğan
göyərti

pendir ruletləri:
100 q əridilmiş pendir
1 yumurta
100-140 q un
duz

Hazırlanması:
Kartofu doğrayıb toyuq bulyonunda yarımhazır vəziyyətə gələnədək bişirin. Soğanı əvvəlcədən bütöv halda qazana sala (şorba bişdikdən sonra çıxara), yaxud sonradan yerkökü ilə birlikdə qovurub əlavə edə bilərsiniz.

Yumurtanı duzla çalıb un əlavə edin, xəmir yoğurun. Alınan xəmiri yayın, üzərinə qalın lay ərinmiş pendir səpin (əvvəlcədən dondurucuda saxlayın ki, sürtgəcdən keçirmək rahat olsun). Xəmiri rulet kimi büküb balaca dilimlərə doğrayın.

Bunları şorbaya əlavə edin, 10 dəqiqə vam odda bişirin.

Yerkökünü sürtgəcdən keçirin. Yağda qovurun, şorbaya əlavə edin. Hazır olandan 2-3 dəqiqə əvvəl xırda doğranmış göyərti əlavə edin.

Pendir ruletləri ilə toyuq şorbası resepti - FOTO RESEPT

Pendir ruletləri ilə toyuq şorbası resepti - FOTO RESEPT

Pendir ruletləri ilə toyuq şorbası resepti - FOTO RESEPT

Pendir ruletləri ilə toyuq şorbası resepti - FOTO RESEPT

Pendir ruletləri ilə toyuq şorbası resepti - FOTO RESEPT


Nuş olsun!


Etiketlər: əlavə, pendir, dəqiqə, şorbaya, olsun, sürtgəcdən, əvvəlcədən, bişirin, yerkökü, göyərti, toyuq, xəmiri, doğranmış, keçirmək, rahat, xırda, saxlayın, dondurucuda, ərinmiş, qalın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN