• Ətli blinçik resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 258 182

Tarix : 12-07-2015, 10:00

Bölmə : Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta: 2 ədəd
Şəkər tozu: 1 və ya 1,5 xörək qaşığı
duz
Süd: 2 stəkan
2 xörək qaşığı duru yağ
1 stəkan və ya aldığı qədər un

İçlik üçün:
500 qram mal əti
1 ədəd baş soğan
istiot
duz
duru yağ (içliyi qızartmaq üçün)

Hazırlanması:
Ətli blinçiki hazırlamaq üçün əvvəlcə içliyin hazırlanmasından başlamaq lazımdır.
İçliyi hazırlamaq üçün soğan və ətlər kiçik ölçüdə doğranılır. Yağda bişirilir. Yanmaması və bərabər bişməsi üçün ət və soğan arada qarışdırılır. Bişməyə az qalmış duz və istiot vurulur.
Qeyd: ətlər əvvəlcədən qiymə halına gətirilib o şəkildə də bişirilə bilər.
Soğan və ətlər bişdikdən sonra onları ət doğrama baltası vasitəsi ilə qiymə halına gətiririk. Bu şəkildə hazırlanan ət daha ləzzətli olur.
Geniş bir qab götürülür. Burada blinçik üçün lazım olan ərzaqları qarışdırırıq və duru blinçik xəmiri hazırlayırıq.
Tava ocaqda isidilir. İsti tavaya blinçik xəmirindən biraz tökülür. Hazırlanacaq blinçiklərin ölçüsünə uyğun tava seçilir. Məsələn, böyük blinçik hazırlayacağımız tədirdə daha böyük, kiçik blinçik hazırlayacağımız təqdirdə daha kiçik tava seçirik.
Blinçik xəmirini tavaya tökdükdən sonra tavanı hər tərəfə əyərək xəmirin tavaya bərabər şəkildə yayılmasını təmin edirik. Xəmirin bir üzü bişdikdən sonra ikinci üzünü də çeviririk və hər iki üzünü bişiririk.
Qalan blinçik xəmirinin hamısını eyni qaydada bişiririk və bişən blinçikləri üst – üstə yığırıq.
İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.
Blinçikin içərisinə ət qoyulması.
Hazır blinçik masanın üzərinə qoyuru. İçərisinə əvvəlcədən hazırladığımız bişmiş soğanlı qiymədən biraz qoyuruq. Blinçiki zərf formasında bükürük.
Bütün blinçikləri bu formada bükdükdən sonra tavaya biraz yağ əlavə edirik.
İçərisinə içlik qoyduğumuz ətli blinincik bu tavada yağda qızardılır.
Bişirdiyimiz ətli blinçik artıq yağlardan qurtarması üçün salfetin üzərinə qoyulur.
Yağı salfet tərəfindən çəkilən ətli blinçik süfrəyə verilmək üçün hazırdır.

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT

Ətli blinçik resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: blinçik, sonra, tavaya, ətlər, kiçik, blinçikləri, biraz, soğan, şəkildə, İçərisinə, üzərinə, bişdikdən, halına, əvvəlcədən, qiymə, qaşığı, xörək, edirik, xəmirin, hazırlayacağımız
BİZİ İZLƏYİN