• Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 970

Tarix : 10-07-2015, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qarabaşaq yarması: 1 kiloqram
Quzu qabırğası (və ya toyuq əti), sümüksüz ət və s: 0,5 kq
Maye yağ
Baş soğan
Kök: 0,5 kq
Su: Təqribən 2 litr
Duz
İstiot
Zirə

Hazırlanması:
Qarabaşaq yarmasından yemək hazırlamaq üçün bu yazımızda fərqli bir reseptdən bəhs ediləcək. Qarabaşaq yarmasından hazırlanan bu ətli qarabaşaq yarması yeməyi, hazırlanma qaydası olaraq biraz Özbək plovuna da bənzəyir.
ətli qarabaşaq yarması yeməyi hazırlamaq üçün quzu qabırğaları doğranıb yuyulduqdan sonra orta ölçülü doğranılır. Qazana yağ əlavə edilir və sümüklü quzu qabırğa burada qızardılır. Tam bişmədə ocağın üzərindən götürülür.
Baş soğanlar soyulur. Soyulduqdan sonra baş soğan doğranılır. Bir tavaya yağ əlavə edilir. Yağ isindikdən sonra doğranan soğanlar buraya əlavə edilir. Soğanların rəngi dəyişənə qədər qızardılır.
Soğan bişirilən qazana yarımçıq qızarmış ət əlavə edilir. Ocağın temperaturu azaldılır. Vam odda soğanla ət bişirilir. Soğanın içərisinə qarışdırılmış ətin bişməsinə çox az vaxt qalanda, soğanla ət olan qazana duz, istiot, zirə əlavə edilir və qarışdırılır.
Yerkökü əvvəlcə təmiz yuyulur, qabığı incə bir şəkildə soyulur.
Qabığı soyulan yerkökü kiçik ölçüdə doğranılır. Kiçik ölçüdə doğranılan kök, soğanlı ət olan qazana əlavə edilir. Qazana çox az miqdarda su əlavə edilir. Köklərin də bərabər səviyyədə bişməsi üçün arada qarışdırılır.
Qarabaşaq yarması yuyulur, süzülür. Syu süzülən qarabaşaq yarması bir tavada orta şiddətli odda qovrulur. Arada yarma qarışdırılır.
Qarabaşaq yarması yaxşıca qovrulduqdan sonra içərisində soğanla ət olan qazana əlavə edilir. Burada qarabaşaq yarmasına duz əlavə edilir.
Bundan sonra ətli qarabaşaq yarmasına su əlavə etmək lazımdır. Suyu qarabaşaq yarmasının birbaşa üzərinə tökmək məsləhət deyil. Bunun üçün tavanın içərisində havada kəfkir və ya qaşıq olur və su bunların üzərinə tökülür. Bu sayədə yeməyin üst hissəsi deşilmir.
Xörəyə su əlavə edərkən bir dəfədə 2 litr suyun hamısını istifadə etmək düzgün deyil. Suyu azmiqdarda əlavə edi, ehtiyac olduğunda yenidən əlavə etmək lazımdır.
Qarabaşaq yarması bişərkən ocağın temperaturun azaltmaq lazımdır. Xörək vam odda bişməlidir.
Təqribən 40 dəqiqədən sonra içərisində ətli qarabaşaq yarması olan qazanın qapağı açılır. Ətli qarabaşaq yarmasının üzərində qaşıqla ir dəlik açılır və buraya kərə yağ qoyulur.
Qazanın qapağı örtülür, kərə yağın əriyib bütün qarabaşaq yarmasını islatması gözlənilir.
Bundan sonra ocaq söndürülür. Bişmiş ətli qarabaşaq yarması xörəyi, süfrəyə isti – isti verilir.

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT

Ətli qarabaşaq yarması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qarabaşaq, yarması, edilir, sonra, Qarabaşaq, qazana, soğanla, qarışdırılır, lazımdır, etmək, içərisində, doğranılır, qapağı, qızardılır, ocağın, Qazana, deyil, Bundan, yarmasına
BİZİ İZLƏYİN