• Fırında holland pendirli kartof püresi resepti

Reseptin məlumatları Baxış sayı: 16 953

Tarix : 13-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
6-7 ədət kartof,
1 stəkan süd,
1 yemək qaşığı kərə yağı,
Duz,
Istiot,

Üzəri üçün:
200 qram rəndələnmiş holland pendiri ,

Hazırlanması:
Kartofları təmiz-təmiz yuyun.
Qabıqları ilə birlikdə bişirin.
Bişirdikdən sonra kartofların qabıqlarını soyun.
İsti isti kartofları əzib püre edin.
Bir qazana əzilmiş kartof,süd, kərə yağı və ədviyyatları əlavə edin.
Bütün bunları qarışdıraraq vam odda bişirin.
Orta boy bir fırın qabını yağlayın.
Hazırladığınız püreni fırın qəlibinin içinə yığın və üzərini düzəldin.
Sonra pürenin üzərinə rəndələnmiş holland pendirini əlavə edin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında pendirlər əriyənə qədər bişirin.
İsti-isti servis edin.

Nuş olsun!
Etiketlər: bişirin, holland, təmiz, rəndələnmiş, fırın, əlavə, kartof, yığın, üzərini, Sonra, içinə, düzəldin, qəlibinin, qabını, yağlayın, Hazırladığınız, püreni, pürenin, üzərinə, əriyənə
BİZİ İZLƏYİN