• Pendirli kartof börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 5 460

Tarix : 11-06-2019, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6-7 orta böyüklükdə kartof
1 kiçik çay stəkanı qatıq,
1 kiçik çay stəkanı süd,
1 kkiçik çay stəkanı duru yağ,
2 yemək qaşığı un,
1/2 su stəkanı lor,
1 çay qaşığının ucunda istiot,
1 yemək qaşığı kərə yağı,
Pul bibər,
Duz,

Hazırlanması:
Kartofları soyub halqa halqa doğrayın.
Dilimlər nə çolx qalın , nə də incə olsun.
Duru yağın yarsını kartofların üzərinə gəzdirin, istiot, pul bibər, bir az duz əlavə edin.
Bütün ərzaqları əl ilə bir-birinə qarışdırn.
Bir fırın sinizinə kartofları səliqə ilə düzün.
Loru da kartofların üzərinə yayın.
Loru elə seçin ki çox sərt olmasın asan əriyə bilsin.
kartofların və lorun arasına kərə yağı doğrayıb əlavə edin.
Qalan duru yağı, qatığı, südü,iki qaşıq unu qataraq horra halına gələnə qədər çırpın.
Lorun duzunu da nəzərə alaraq bir azca duz əlavə edin.
Hazırladığınız sosu kartofların üzərinə gəzdirin.
Hazırladığınız yeməyi fırında üzəri qızarana qədər bişirin.
Kartofların alt hissəsinin də bişməsinə diqqət edin.
Hazır börəyi isti-isti dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: stəkanı, kartofların, əlavə, üzərinə, kiçik, bibər, halqa, qədər, Hazırladığınız, istiot, gəzdirin, qaşığı, yemək, Lorun, duzunu, nəzərə, çırpın, horra, qatığı, qalanının
BİZİ İZLƏYİN