• Toyuqlu börək resepti

Reseptin məlumatları Baxış sayı: 4 422

Tarix : 30-04-2019, 12:00

Bölmə : Toyuq yeməkləri / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ədəsd yuxa,
4 ədəd toyuq budu və 2 parça ttoyuq döşü,
2 baş yeməklik soğan,
2 yumurta,
Kiçik bir kasa qatıq,
3-4 yemək qaşığı un,
1 şorba qaşığı kərə yağı,
2-3 diş sarımsaq,
İstiot,
Duz,
Sirkə ( İstəyə bağlı ),
4-5 yemək qaşığı duru yağ ,
Qırmızı toz bibər,
Pul bibər,

Hazırlanması:
Toyuq parçalarını dərin bir qaba alıb üzərinə bir az duru yağ , iri bölünmüş yeməklik soğan və bir az istiot əlavə edərək qaynamağa qoyun.
Bişirdiyiniz toyuq ətlərini didin.
Əldə etdiyiniz toyuq suyunu da süzgəcdən süzüb başqa bir qaba alın.
Bir siniyə yuxaların 3 dənəsini iri parçalar halında qıraraq üst-üstə düzün.
Yuxaları fırında yüksək atəşdə bişirin.
Yuxaların üzərinə bir -iki stəkan toyuq suyu əlavə edib yenidən fırına verib 5 dəqiqə daha bişirin.
Didiklədiyiniz toyuq ətini duz və istiotla birlikdə qarışdırın.
Diddiyiniz toyuq ətlərini fırınladığınız yuxaların üzərinə yayın.
Yerdə qalan 3 yuxanı da iri parçalar halında üst-üstə toyuq ətlərinin üzərinə örtün.
Börək kimi düzülmüş ətli yuxaları servis edə biləcəyiniz böyüklükdə parçalar halında iti bir bıçaqla kəsin.
Yüksək temperaturda üzəri qızarana qədər bişirin.
Yaxşıca bişirilən yuxaların üzərinə 1-2 stəkan toyuq suyu gəzdirin və toyuq suyunu yuxalar çəkənə qədər fırında saxlayın.
Digər yanda isə bir qazanda 1 şorba qaşığı kərə yağı, 2 yumurta, 1 kasa qatıq, un, döyülmüş sarımsaq, duz,istiot, 2 stəkan toyuq suyu ilə yaxşıca çırpıb ocağa qoyun.
Qatılaşmış bir sos əldə edənə qədər qarışdırıb göz-göz olana qədər bişirin.
Sosun qatılığını ayarlamaq üçün un və ya ət suyundan hansı gərəkirsə əlavə edib normallaşdıra bilərsiniz. Ocaqdan aldıqdan sonra üzərinə sirkə əlavə edin.
Fırından aldığınız toyuqlu yuxaları daha öncədən kəsdiyiniz dilimlər halında servis tabağına alın.
Üzərinə hazırladığınız sosu gəzdirin.
Bir tavada duru yağı qızdırıp kırmızı toz bibər və arzuya görə pul bibəri qataraq qarışdırın.
Servis tabağınızdaki soslu, toyuqlu börəyin üzərinə hazırladığınız yağı gəzdirin.
İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: toyuq, üzərinə, bişirin, halında, əlavə, qaşığı, qədər, parçalar, stəkan, gəzdirin, servis, bibər, yuxaların, qoyun, fırında, yemək, ətlərini, qarışdırın, qatıq, toyuqlu
BİZİ İZLƏYİN