• Sobada kartoflu kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 5 137

Tarix : 19-05-2017, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qiymə - 250 qr.
Cəfəri – yarım dəstə
Soğan – 2 ədəd (1 ədədi kotletin içi üçün)
Kartof – 2 ədəd
Su – 2.5 st.
Qara və pul istiot
Kəkotu
Duz

Hazırlanması:
Bütün ədviyyatları qiyməyə əlavə edin. Soğanı və cəfərini blenderdən keçirtdikdən sonra qiyməyə əlavə edin, qarışdırın. Qiyməyə istədiyiniz formanı verdikdən sonra tavada qızardın. Kartofları və soğanı soyub istıdiyiniz formada doğrayın. Sonra onları kotletlərlə birlikdə şüşə bir qabın içinə yerləşdirin. Bibər və pomidor pastasını suyun içində həll etdikdən sonra yeməyin üzərinə əlavə edin. Sonra 1.5 st. suyu da tökün. Duz və istiotu da səpib 200 dərəcəlik sobada kartoflar yumşalana qədər bişirin.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, Sonra, qiyməyə, Bibər, pomidor, pastasını, yerləşdirin, içinə, onları, doğrayın, kotletlərlə, birlikdə, qabın, suyun, etdikdən, kartoflar, sobada, yumşalana, qədər
BİZİ İZLƏYİN