• Şokoladlı badam halvası resepti

Reseptin məlumatları Baxış sayı: 7236

Tarix : 6.06.2014, 00:10

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
130 q bal
400 q şəkər tozu
2 ədəd yumurtanın ağı
300 q qovrulmuş badam
250 q şokolad

Hazırlanması:
Bal və şəkər tozu bir qazana tökülür və üzərinə 50 ml su əlavə edilir.
Yanan odun üzərinə qoyub 10 dəqiqə qaynadırıq. Hazır olduğunu yumşaq köpüklər əmələ gəldikdə biləcəksiniz.
Hazırladığımız məhlulu bir qaba tökürük. Bu qabdan daha böyük qaba isə soyuq su əlavə edib qarışımı içinə qoyuruq.
Bir kənarda isə yumurtanın ağını ağarıb sərtləşənə kimi çalırıq.
Sərtləşmiş yumurtanın üzərinə məhlulumuzu əlavə edib mikserlə yaxşı-yaxşı qarışdırırıq.
Sonra isə üzərinə qovrulmuş badamları (qoz, fındıq da ola bilər) əlavə edirik.
Orta ölçülü bir list götürürük və listi yağlayırıq.
Rahat olsun deyə mətbəx sellofanından və yağlı kağızdan istifadə edə bilərsinz.
Qarışımı listə töküb bir saat soyuducuda saxlayırıq.
Halvanı soyuducuya qoyulduqdan sonra şokoladı buxar hamamında əridirik.
Bir saatdan sonra halvanı soyuducudan çıxarıb kiçik hissələrə bölürük.
Kəsilmiş hissələri bir-bir şokolada batırıb bir daha soyuducuya qoyuruq.
Şokolad özünü tutduqdan sonra çayınızla içə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, üzərinə, sonra, yumurtanın, qoyuruq, soyuducuya, olsun, yaxşı, qovrulmuş, şəkər, soyuducuda, töküb, listə, saxlayırıq, qoyulduqdan, Halvanı, Qarışımı, bilərsinz, sellofanından, yağlayırıq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica