• Sırnik resepti

Reseptin məlumatları Baxış sayı: 13 520

Tarix : 3-03-2017, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kəsmik 400 q
Yumurta 1 ədəd
Un 30 q
Xama 30 q
Şəkər tozu 50 q
Vanil 5 q
Bir çimdik duz
Şəkər kirşanı zövqə görə
Bitki yağı 1 stakan

Hazırlanması:
Sobanı 160 dərəcə isidin. Kəsmiyi aş süzəndən keçirin və yaxşıca qarışdırın.
Kəsmiyə yumurta, xama, şəkər tozu, vanil və duzu qatıb qarışdırın. Sonda un əlavə edin və yenə yaxşıca qarışdırın. Hazır xəmiri 5-10 dəq saxlayın ki özünü tutsun.
İki xorək qaşığı vasitəsi ilə balaca kündə düzəldin. Tavada bitki yağını isidib orta odda sırnikləri qızılı rəng alana kimi hər iki tərəfdən qızardın. Daha sonra sobada 5-10 ərzində bişirin.
Sırniklərin üzərinə şəkər kirşanı tökün və masaya verin.

Nuş olsun!
Etiketlər: qarışdırın, kirşanı, Şəkər, yaxşıca, şəkər, isidib, sırnikləri, qızılı, yağını, düzəldin, vasitəsi, qaşığı, balaca, kündə, Tavada, bitki, alana, üzərinə, Sırniklərin, tökün
BİZİ İZLƏYİN