• Nisuaz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 4 268

Tarix : 17-06-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
150 qr. tuna balığı-150 qr.
150 qr. yaşıl salat (kahı, aysberq və s.) 1 baş qırmızı soğan
1 böyük kartof (soyutma)
2 yumurta (soyutma)
10 cherry pomidoru
10 zeytun
100 qr. yaşıl lobya
Sous üçün:
1/4 st. zeytun yağı
1/4 st. limon suyu
1/2 ç.q. Dijon hardalı (sizdə olan hardalda ola bilər)
Oreqano
Quru reyhan
Duz
İstiot

Hazırlanması:
1.Birinci sousu hazırlayaq. Bütün ərzaqları qarışdıraraq. Qoyuruq qırağa.
2.Yaşıl salatımızı əllərimizlə dərin boşqaba parçalayırıq. Sousun bir qismini əlavə edirik salatın üstünə və qarışdırırıq.
3.Soyutma kartofu kubik şəklində kəsirik başka qaba yığırıq.
4.Yaşıl lobyanı duzlu suda 3-5 dəqiqə qaynadırıq. Suyunu süzüb kartofa əlavə edirik.
5.Pomidorları yarıdan kəsib kartofa əlavə edirik.
6.Qırmızı soğanı dörd yerə bölürük və nazik doğrayırıq. Diqər tərəvəzlərə əlavə edirik.
7.Zeytun əlavə edirik.
8.Tərəvəzlərə sous tökürük və hamısını qarışdırırıq.
Hazır tərəvəzləri yaşıl salatın üstünə qoyuruq.
9.Yumurtaları dörd yerə bölüb salatın yanına yerləşdiririk.
10.Tuna balığını üstən qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, yaşıl, salatın, Yaşıl, qarışdırırıq, kartofa, qoyuruq, zeytun, üstünə, soyutma, Pomidorları, böyük, süzüb, yarıdan, kəsib, soğanı, Qırmızı, Suyunu, qaynadırıq
BİZİ İZLƏYİN