• 2019-cu ilin "donuz" salatı resepti

Reseptin məlumatları Baxış sayı: 7 549

Tarix : 5-12-2018, 18:30

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : agroexpert


Çin təqviminə görə, qarşıdan gələn 2019-cu il Sarı donuz ilidir. Yeni il süfrəsində ilin simvolu olan “donuz” görünüşlü salat hazırlayaraq qonaqlarınızı təəccübləndirə bilərsiniz.

Tərkibi:
200 qr kolbasa
150 qr konservləşdirilmiş yaşıl noxud
150 qr xiyar
2 ədəd yumurta
250 qr kartof
200 qr mayonez
10 qr zeytun
cəfəri
duz

Hazırlanması:
Salatı hazırlamaq üçün ilk öncə bir qazanda kartof və yumurtanı suda bişirin. Bişib və qabığı soyulmuş kartof və yumurtanı soyumağa qoyun. Qabığı soyulub soyudulmuş kartofları kiçik kub şəklində doğrayın. Eyni qayda ilə yumurtaları da kiçik kubiklər şəklində kəsin. Konservləşdirilmiş yaşıl noxudun suyunu süzün. Xiyarları da yuyub kağız dəsmalla qurudun. Xiyarları və kolbasanı kub şəklində doğrayın. Salatı bəzəmək üçün kolbasadan bir qədər ayırıb kənarda saxlayın. Dərin bir qaba kub şəklində doğranmış kartof, yumurta, xiyar, kolbasa, suyu süzülmüş konservləşdirilmiş yaşıl noxud,duz və mayonez (hamısını deyil!) töküb qarışdırın. Salatı servis edəcəyiniz boşqaba ehtiyyatla töküb səliqəyə salın. Qalan mayonezi də yaxıb donuzun bel hissəsinin formasını verin. Zeytunu iki yerə bölüb salata göz şəkli verin. Kənarda ayırdığınız kolbasadan donuzun “qulaqları, burnu və quyruq” hissəsini kəsib salatı bəzəyin. Salatın kənarlarını cəfəriylə bəzəyib bayram süfrəsinə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: kartof, şəklində, yaşıl, Salatı, kiçik, yumurtanı, Xiyarları, verin, donuzun, töküb, doğrayın, kolbasadan, yumurta, mayonez, konservləşdirilmiş, kolbasa, xiyar, noxud, hissəsinin, formasını
BİZİ İZLƏYİN