Tərkibi:1-2 ədəd çuğundur (qaynadılmış)
1 ədəd yaşıl alma (misal üçün "Granny Smith" sortu)
1 ədəd baş soğan
Zövqə görə:şüyüd
alma sirkəsi
bitki yağı
duz
istiot
Hazırlanması:1. Yaşıl almanın qabığı soyulur və kubik şəklində doğranılır. Limon şirəsi səpilir.
2. Bişmiş çuğundur həmçinin kubik şəklində doğranılır.
3. Soğan xırda doğranılır.
4. Şüyüd xırda doğranılır.
5. Hazırlanmış inqredientlər salat qabına əlavə edilir.
6. Uzərinə bir qədər alma sirkəsi, bir damcı bitki yağı, duz və ətirli istiot əlavə edilib yaxşı qarışdırılır.
7. Beləliklə salat hazırdır! Az əmək sərf etməklə çox faydalı salat əldə etmiş oldunuz.
Nuş olsun!
Etiketlər: doğranılır, salat, hazırlanması, istiot, bitki, şəklində, əlavə, xırda, sirkəsi, kubik, həmçinin, çuğundur, yashil, Soğan, Şüyüd, Hazırlanmış, qabına, inqredientlər, Bişmiş, səpilir