Tərkibi:1 ədəd çuğundur
1 ədəd kök
80 qr pendir
1-2 diş sarımsaq
2 ç.q kişmiş
2-3 ədəd qoz
3 x.q mayonez
Hazırlanması:Qaynadılmış kökü sürtkəcdən keçirir, üzərinə duz, istiot, kişmiş və mayonez vuraraq ilk qatı hazır edirik. Daha sonra sürtkəcdən keçirdiyimiz pendiri əlavə edirik. Sarımsaq və mayonezi də üzərinə vurmağı unutmuruq.
Üçüncü qatda çuğundur əlavə edir, həmçinin, zövqə görə istədiyimiz çərəz (qoz, badam) vuraraq mayonezləyirik.
Soyuducuya qoyur biraz gözləyirik. Və beləcə salatımız hazırdır.
Nuş olsun!
Etiketlər: üzərinə, edirik, əlavə, çuğundur, sürtkəcdən, vuraraq, kişmiş, mayonez, salatımız, hazırdır, çərəz, istədiyimiz, həmçinin, zövqə, badam, Soyuducuya, biraz, gözləyirik, qatda, qoyur