Tərkibi:300 q bişmiş toyuq əti
200 q qarğıdalı
1 baş soğan
200 q pendir
1 st. qaynadılmış düyü
mayonez
duz
istiot
Hazırlanması:Bişmiş toyuq ətini doğrayın, qarğıdalı, doğranmış baş soğan, pendir, qaynadılmış düyü ilə qarışdırın. Duz, istiot, mayonez vurub qarışdırın.
Sonra təpələmə boşqaba yığın. Göy soğan və ya kərəviz, yerkökü və ağ turpdan istifadə edərək onu, şəkildə gördüyünüz kimi, şam ağacı formasına salın. Əgər soğanın dadı xoşunuza gəlmirsə, bəzək üçün şüyüddən də istifadə edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: soğan, istiot, istifadə, qarışdırın, qaynadılmış, mayonez, pendir, qarğıdalı, toyuq, formasına, edərək, gördüyünüz, salın, şəkildə, şüyüddən, bilərsiniz, olsun, bəzək, gəlmirsə