• Eskimo dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 5 917

Tarix : 9-03-2018, 21:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Süd (3,2 %) – 300 ml.
Quru süd – 35 qr.
Qaymaq (35 %) – 250 qr.
Şəkər tozu – 90 qr.
Qarğıdalı nişastası – 10 qr.
Vanilin – 1 paket

Qlazur üçün:
Şokolad – 200 qr.
Kərə yağı – 200 qr.

Hazırlanması:
Bir qazançaya şəkər tozu, vanilin, quru süd və 250 ml. süd tökülür, qarışdırılır. Ayrı bir stəkanda isə 50 ml. südlə nişastanı qarışdırın. Qazançadakı südlü qarışığı odun üzərinə qoyun, qaynayan kimi stəkandakı südlü nişastanı tökün və qatılaşana kimi qarışdırın. Alınan kütləni süzgəcdən keçirin və ağzını bağlayıb, soyuducuya qoyun.
Qaymağı soyuducudan çıxarıb yumşalana kimi mikserdə çalın. Sonra südlü qarışıqla qarışdırın. Alınan kütləni dərhal dondurma formalarına doldurun, taxta çubuqlar batırın və buzlamaya qoyun.
Eskimo, əlbəttə ki, qlazursuz olmaz, dondurmalar buzlamada ikən qlazuru hazırlayaq. 200 qr. şokoladla 200 qr. kərə yağını əridib, qlazur hazır edirik. Formalardakı dondurmanı səliqə ilə çıxarıb, isti qlazurun içinə batırırıq və tez də çıxarıb, kağız salınmış boşqaba düzüb yenidən buzlamaya qoyuruq.

Nuş olsun!
Etiketlər: qoyun, çıxarıb, qarışdırın, südlü, nişastanı, buzlamaya, kütləni, Alınan, qlazuru, qlazursuz, olmaz, buzlamada, dondurmalar, əlbəttə, Eskimo, doldurun, formalarına, dondurma, taxta, olsun
BİZİ İZLƏYİN