• Şokoladlı dondurma tortu resepti

Reseptin məlumatları Baxış sayı: 14021

Tarix : 20.06.2014, 02:22

Bölmə : Tort reseptləri, Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram undan hazırlanmış yumşaq şokoladlı peçenye
50-70 qram kərə yağı
500 qram plombir
Badam və ya fındıq

Şirə üçün:
100 qram qatılaşdırılmış süd
100 qram qara şokolad
1 x.q. şəkər tozu
1/3 ç.q. kərə yağı
Bir çimdik vanilin

Hazırlanması:
Peçenyeni ətçəkən maşından və ya mətbəx kombayndan keçirib, ovun. Sonra yumşalmış kərə yağını əlavə edib, yaxşıca qarışdırın. Hazırladığınız kütlə nə çox qatı, nə də çox yumşaq olmamalıdır. Sonra hazırladığınız kütləni xüsusi bişirmək üçün forma qabına yerləşdirib, 20 dəqiqə ərzində dondurucu kamerada saxlayın.
Donmuş kütlənin üzərinə yumşalmış dondurmanı yerləşdirib, səliqəli formada hər tərəfə yayırsız ki, hamar olsun. Sonra forma qabında yerləşən dondurmanı yenə də 2 saat ərzində dondurucu kamerada saxlayırsız.
Şirə hazırlamaq üçün: qatılaşdırılmış südün üzərinə xırda doğranılmış qara şokoladı əlavə edib, mikserdə çalın.
Sonra hazırladığınız şokoladlı şirəni dondurmanın üzərinə töküb, hər tərəfə eyni ölçüdə yayın. Nəzərə almaq lazımdır ki, şirəni soyuq dondurmanın üzərinə tökən kimi donur. Ona görə şirəni dondurmanın üzərinə tez töküb, hamarlayın.
Tortu yenə də dondurucu kamerada 30-40 dəqiqə ərzində saxlayın. Tortu dondurucu kameradan çıxarıb, üzərinə doğranılmış fındıq və ya badam səpin. Tortu 10 dəqiqə ərzində kənara çəkib, saxlayın. Süfrəyə verərkən dondurmanı xüsusi dondurma qablarına yerləşdirərkən, hər dəfə qaşığı qaynar suya batırın. Dondurmanı öz zövgünüzlə doğranılmış fındıq və ya badamla bəzəyin.

Nuş olsun!

Etiketlər: plombir, üzərinə, Sonra, dondurucu, ərzində, dəqiqə, dondurmanın, Tortu, şirəni, dondurmanı, fındıq, saxlayın, kamerada, doğranılmış, əlavə, yumşalmış, yerləşdirib, töküb, şokoladlı, yumşaq, xüsusi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Svetoklana
Ureyim istedi18Çox dadlı gorunur
29 noyabr 2014 02:45
2
Offline
melek5
oyy lap ureyim istedi
21 iyun 2014 15:18
1
BİZİ İZLƏYİN




Yandex.Metrica