• Şaftalılı dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 7317

Tarix : 20.06.2014, 02:43

Bölmə : Şirniyyatlar » Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram ağ plombirli dondurma
100 qram şokoladlı plombir
50-70 ml qaymaq (35%)
1/4 stəkan şəkər pudrası
50 qram şaftalı

Hazırlanması:
Ağ plombiri boşqabın içinə və kənarlarına bərabər şəkildə tökərək, 30-40 dəqiqə ərzində dondurma kamerasında saxlayın. Sonra ağ plombirin üzərindən şokoladlı dondurmanı töküb, bərabər şəkildə yayın. Sonra tortu 30-40 dəqiqə ərzində tam donana kimi soyuducuda saxlayın.
Şaftalıları xırda kub formasında doğrayın. Qaymağı şəkər pudrası ilə qarışdırıb, yaxşıca çalın. Sonra çalınmış qaymağın üzərinə doğranılmış şaftalıları əlavə edib, qarışdıraraq tortun içinə yerləşdirin. Tortun üstünü falqa kağızı ilə örtüb, qaymaq tam donana kimi soyuducuda saxlayın.
Tort qabını bir anlıq qaynar suya salıb, tez çevirib, boşqaba qoyun. Süfrəyə verərkən tortu şaftalı dilimləri ilə bəzəyib, üzərindən mürəbbə şirəsi ilə gəzdirin.

Nuş olsun!

Etiketlər: saxlayın, Sonra, dəqiqə, şəkildə, bərabər, ərzində, donana, üzərindən, tortu, soyuducuda, içinə, pudrası, şokoladlı, şəkər, qaymaq, şaftalı, dondurma, qarışdıraraq, qabını, əlavə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica